Prezidentlərin zarafatından sonra Cahangir Əsgərov bığ saxlamağa başlayıb

Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu hər kəsin xatirindədir.

Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək «Bunun bığı vardı, indi yoxdur», -deyir. İlham Əliyev isə cavabında «tökülüb», -deyə bildirir. C.Əsgərov «yaşlandıq, töküldü… Zəngilanda olacaq», -deyib zarafatyana dialoqa əlavə edir.

Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub.

Bakupost.az -ın məlumatına görə, bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub.

Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür.

Bu xəbəri paylaşın: