44 günlük Vətən müharibəsi iştirakçılarının böyük qismi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) üzv olublar. Gənc veteranlarımızın təmsilçiliyini və veteran hərəkatında yaxından iştirakını təmin etmək üçün onların idarəetməyə cəlb olunmasına start verilib.
44 günlük Vətən müharibəsi iştirakçısı Yusif Mübariz oğlu Səmədov AVMVİB Sabunçu rayon şöbəsi sədrinin müavini təyin olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məlumat verib.

Vahid Abdurəhmanov bildirdi ki, bu proseslər davam edəcək və gənclərimizin Birliyin ictimai həyatında rolu artırılacaq. Aidiyyatlı qurumlar döyüşdən geri dönmüş döyüşçülərimizə lazımi diqqət ayırmaması faktdır. Amma bu yanlış siyasəti ayrı-ayrı məmurlar həyata keçirirlər. Dövlətimiz daim döyüşçülərin yanındadır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, Yusif Mübariz oğlu Səmədovu AVMVİB Sabunçu rayon şöbəsi sədrinin müavini təyin olunması münasibətiylə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Təbrik edirik!
Elnur Səlim
