AVMVİB Zəngilan rayon şöbəsi 84.000-ci üzvülük vəsiqəsini təqdim edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvlərinin sayı 84.000 nəfəri ötdü. 84.000-ci üzvülük vəsiqənin sahibi AVMVİB Zəngilan rayon şöbəsinin üzvü Soltan Nəcəfqulu oğlu Quliyev olub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev məlumat verib.


Azad Musayev bildirdi ki, 84.000-ci üzvlük vəsiqənin sahibi Soltan Quliyev 1991-1993-cü illərdə N saylı hərbi hissənin tərkibində könüllü olaraq Zəngilan rayonunun müdafiəsində iştirak edib. Zəngilan rayonunda Şobu qalası və Şükürataz yüksəkliyinin müdafiəsində olub.


Müharibə veteranı Soltan Quliyevin oğlu Elsevər Soltan oğlu Quliyev də 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: