Mingəçevirli müharibə veteranları şəhid İlkin Paşanın Anım mərasimində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Anım mərasimində AVMVİB Mingəçevir şəhər şöbəsinin 60 nəfər üzvü ilə yanaşı, şəhər ictimaiyyəti, şəhidin yaxınları və məktəblilər iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim

Bu xəbəri paylaşın: