Birinci Qarabağ müharibəsinin əfsanələrindən olan Fazil Ərşad oğlu Fərzəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) üzv oldu.
Fazil Fərzəliyevin mənsub olduğu ailə Sırxavənddə sovxozun direktoru olan atası Ərşad Fərzəliyev başda olmaqla, ilk gündən bu ailədən olan hər kəs düşmənə qarşı silaha sarılmışdı. Rus-sovet faşistləri xüsusi bir əməliyyat keçirərək bu ailənin iki üzvünü həbs edərək, Xankəndiyə aparmaqla onları bu yoldan çəkindərməyə çalışmışdılar.
Ailənin və Sırxavəndin qorxmaz oğullarından olan, şəhidlik zirvəsinə yüksələn qəhrəman döyüşçü Səməd Fərzəliyev son damla qanınadək doğma kəndini qorudu.

Bu müharibədə qardaşları, bacısı və oğlu döyüşən Fazil Fərzəliyev bir çox əməliyyatların hazırlanıb həyata keçirilməsində öndə olub.
Qəhrəman döyüşçü Fazil Fərzəliyevin üzvlük vəsiqəsini AVMVİB sədri Füzuli Rzaquliyev təqdim edib. AVMVİB sədri F. Rzaquliyev müharibə veteranını təbrik edib və yaranmış sağlıq problemlərinə görə şəfalar diləyib. Bildirib ki, Vətənin müdafiəsində xüsusi xidmətləri olmuş döyüşçülər unudulmamalıdırlar.
Həmçinin qəhrəman döyüşçümüz AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif olunub.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti