Putin Ukraynada hipersəsli silahların yerləşdirilməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib

Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynada hipersəsli silahlar yerləşdirməsinin mümkünlüyünə münasibət bildirib.

  VTB Bankın təşkil etdiyi “Rusiya çağırır” adlı forumda xarici ekspertlərin suallarını cavablandıran V. Putin deyib ki, əgər Ukrayna ərazisində Moskvaya uçuş vaxtı 7-10 dəqiqə olan zərbə raketləri, Moskvaya uçuş vaxtı 5 dəqiqə olan hipersəsli komplekslər peyda olacaqsa, buna qarşılıq verilməlidir.  

“O zaman bizi təhdid edənlərə qarşı bu cür nəsə yaratmalıyıq. Təsəvvür edirsiniz, biz bunu artıq indi edə bilərik?”, — V. Putin vurğulayıb.

Mənbə: APA

Bu xəbəri paylaşın: