Şəhid polkovniklər, həm də I Qarabağ müharibəsinin veteranı imiş

Xəbər verdiyimiz kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Qəza zamanı həlak olanlardan polkovnik Nəzirov Emil Nəzir oğlu Azərbaycan Ordusunun ilk könüllülərindən olub, birinci Qarabağ müharibəsində iştirak edib.

Vətən müharibəsində göstərdiyi şücaətinə görə isə polkovnik rütbəsinə yüksəlib. “Vətən uğrunda” medalı ilə təltif olunub. 

Bu barədə şəhidin  bacısı oğlu Elnur Məcidli sosial şəbəkədə paylaşım edib.

Şəhidin gitarada mahnı ifa edərkən çəkilmiş videosunu  paylaşılıb. 

Qeyd edək ki, E.Nəzirov 1969-cu ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. 

Ailəliydi, 3 övladı qalıb. 

Ötən gün baş verən qəza zamanı şəhid olan hərbçilərimizdən biri də rəsmi siyahıda adı «işçi Nəbiyev” kimi qeyd olunan polkovnik Elçin Fikrət oğlu Nəbiyevdir.

Axar.az-ın verdiyi xəbərdə deyilir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bidlirilib ki, təqaüddə olan polkovnik Elçin Nəbiyev Rail Rzayevin (2009-cu ildə qətlə yetirilib — red.) kadrı olub:

«Azərbaycanın baş şturmanı, «naviqasiyanın atası», HHMQ və HHQ Baş Qərargah rəisi işləyib. İlk və yeganə azərbaycanlıdır ki, SSRİ zamanında MiQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Könüllü olaraq Azərbaycan Ordusuna döndükdən sonra (Birinci Qarabağ müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ müharibəsində uğurlu əməliyyatların hazırlanmasının müəlliflərindən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir».

******************

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi  Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəicəsində şəhid olmuş 14 nəfərin faciəli vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Məkanları cənnət olsun!

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: