TƏBRİK: BAĞIROV ELDAR ƏLİƏŞRƏF OĞLU — 60

AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Bağırov Eldar Əliəşrəf oğlunu dogum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

   Müharibə Veteranı ehtiyyatda olan mayor Bağırov Eldar Əşrəf oğlu 01 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olub. O, 1979- ci ildə Yasamal rayonunun 158 saylı tam orta məktəbini, 1984-ci ildə Azərbaycan Texniki Universitetini (Poltexnik İnstitutunu), Naxçıvan Müxtar Respublikasında hərbi kafedranı, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili  Qoşunların Bas İdarəsinin hərbi məktəblərində zabitlərin ixtisas artırma kursunu   bitrib. O, xarici ölkələrdə, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir cox metodiki — təlim toplanışlarında, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

    Eldar Bağırov  1984-1992-ci illərdə Dəzgahqayırma istehsalat  birliyində mühəndis vəzifəsində işləyib. 1993- 1998-ci illərdə  Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən hərbi hissələrində taqım komandiri, tabor komandirinin silahlandırma üzrə müavini,  1999-2016-cı illərdə isə  Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində  Mühəndis xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin  tələblərinin yerinə yetirilməsində   üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və  şərəf  hissi ilə yerınə yetirmişdir.

     O, Müdafiə Nazirliyinin  və Daxili  İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin   hərbi hissələrində müxtəlif vəzifələrdə  xidmət etdiyi illər ərzində özünü    qorxmaz, insanpərvər, saxavətli, əliaçıq zəhmətkeş zabit  kimi göstərmişdir. Eldar Bağırov istər yaşadığı ərazidə, istərsə də oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, qohum- əqraba  arasında, istərsə də xidmət etdiyi və işlədiyi kolektiv, dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.

    Azərbaycan respublikasında ictimai əsayişin qorunmasında, içtimai təhlükəsizliyin təmin edilməsində,  şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinəayətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

Müharibə Veteranı ehtiyyatda olan mayor Eldar Bağırov peşəkarlığı  və hümanistliyi  ilə seçilən ömrünün  ən məhsuldar dövrünün 24 ildən  çox şərəfli xidmət yolunu hərbi xidmətdə  kecirib.

    Hərbi vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə  məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, İdarə və şöbə rəisinin, hərbi hissə komandiri və onların müavinlərinin müvafiq əmrləri ilə «əla xidmətlərə görə» döş  və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, müvafiq diplomlarla və qiymətli hədiyələrlə mukaflandırlıb  və ona təşəkkür elan edilib.

       «Xidmətdə fəriqləndiyinə görə» Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz xidmətlərə görə»  1-ci, 2-ci  və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının» isə  10 -illiyi, 90 -illiyi və  95-iliyi yubley medaları ilə təltif olunub.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELDAR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: