TƏBRİK: BAXŞƏLİYEV ELGİZ HÜMBƏT OĞLU — 50

    AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev  Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan mayor Baxşəliyev Elgiz Hümbət oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Yüksək peşəkarlığı və humanistliyi ilə,nəzəri və praktiki biliyi (təcürbəsi) ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə  seçilən  ömrunun ən məhsuldar ən məhsuldar dövrünün 27 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən Silahlı Qüvvələr və Müharibə Veteranları ehtiyatda olan mayor Baxşəliyev Elgiz Hümbət oğlununun  50 yaşı tamam olur.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Baxşəliyev Elgiz Hümbət oğlu 01dekabr 1971-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub.

   O, 1988 -ci ildə Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbini, 1998-ci ildə Azərbaycan Texniki Universitetini (Poltexnik  İnistitunu) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən  hərbi məhktəbini(zabitlərin ixtisas artırma kursunu) bitirib.Daxili Qoşunların Bas İdarəsinində və hərbi hissələrində keçirilən bir cox metodiki- təlim toplanışlarında , xüsusi- taktiki təlimlərdə, seminar və konfranslar fəai iştirak edib.

   Silahlı Qüvvələr və Müharibə Veteranları ehtiyatda olan mayor Baxşəliyev Elgiz Hümbət oğlu  1988-1990 -cı ilərdə SSRI Müdafiə Nazirliyinin  Pirmorski Krayda yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub. 1992- 2017-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Ağdərə, Ağdam, Füzuli, Xətai, Zakatala, Binəqədi, və Bərdə rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, böyük komandirin müavini, böluk komandiri,tabor komandirinin müavinini və hərbi hissənin avtomobil və zirehli texnika xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin  tələblərinin yerinə yetirilməsində   üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf  hissi ilə yerınə yetirmişdir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  özünü qorxmaz, insanpərvər ,saxavətli, əliaçıq  və  zəhmətkeş zabit kimi göstərmişdir.Elgiz Baxşəliyev istər yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektiv, dost- tanış ,qohum- əqraba arasında özünə layiq hörmət qazanmışdır.

     Azərbaycan respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cınayətkarlığa qarşı mübarizədə, Silahlı qruplaşmış  dəstələrin zərərsizləşdirilməsində, Fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin olunmasında eləcədə dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

       Azərbaycan Respublikasının Prezıdentının 11 mart 2008- ci il tarixli (2727 nömrəli) sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücayət və igidliyə, xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELGİZ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: