TƏBRİK: KAZIMOV ABBAS YƏHYA OĞLU — 49

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Müharibə Veteranı  ehtiyyatda olan polkovnik-leytenant   Kazımov Abbas Yəhya oğlunu dogum günü münasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Polkovnik leytenant Kazımov Abbas Yəhya oğlu  22 dekabr  1972-ci ildə  Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

     Abbas Yəhya oğlu Kazımov   Qubadlı rayonunun Mahmudlu kənd orta məktəbini,  Azərbaycan İnşaat  Mühəndisləri Ünverstetininin sənayə və mülki tikinti fakultəsini, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  və  Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin hərbi məktəblərində zabitləriin təhkimləşdirmə kurslarını bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  bir çox metodiki- təlim toplanışlarda,təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

    O, 1990- 1993-cü illərdə Könüllü olaraq Qubadlı rayonun  özünümüdafiə dəstəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Göstərdiyi döyüş rəşadətinə görə yoldaşları arasında böyük hörmət qazanmışdır.

Kazımov Abbas Yəhya oğlu  1994-2016-ci  illərdə  Daxili  Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin  Şirvan (Əlbayramlı)  Nərimanov və Xətai rayonlarında yerləşən  hərbi hissələrdə taqım və böluk komandiri, döyüş hazırlığı bölməsındə zabit, qərargah rəisinin döyüş hazırlığı üzrə müavini,  Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin komandiri vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    Kazımov Abbas Yəhya oğlu  Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

      Polkovnik-leytenant Abbas Yəhya oğlu Kazımov  peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün  25  ildən  cox şərəfli xidməti yolunun üç ilini  Qubadlı rayonunun Özünümüdafiə Dəstəsində, iyirmi iki ilini isə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində  kecirərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hissənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir, əsgər və çavuşlarla isə Döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, Sıra və Daxili Qoşunların Taktikası üzrə nümunəvi göstərici məşğələlərin və təlimlərin, tabor və Əlahiddə bölmələrdə isə kompleks və məqsədli qrupların keçirilməsi və aşkar edilmiş nöqsanların aradan qaldırılmasında üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş   keyfiyyətləri göstərdiyinə görə,döyüş və ictimai siyası hazırlığında hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlər görə» döş, yubiley və müvafiq  ıdman dərəcəsi nişanları ilə,pul mükafatlandırlıb və ona təşəkkür elan edilib .

     Döyüş hazırlığındakı əla göstəricilərə görə,  təlimlərdə, xüsusi  əməliyyatlarda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində,döyüş  xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qusrsuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının » 10 -İliyi, 90- illiyi və 95 — iliyi yubiley medaları ilə təltif olunub.

     Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində ,öz xidməti vəzifələrinin   və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq göstərdiyinə,Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezdentinin 10 mart  2012 -ci il tarixli sərəncamına əsasən «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ABBAS BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: