Rusiyanın xarici işlər naziri xəbərdarlıq edib ki, Gürcüstanın NATO-ya üzv olmaq istəyi Moskvanın qırmızı xəttini keçməkdir.
Sergey Lavrov bildirib ki, Gürcüstanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq cəhdi Moskva üçün qırmızı xətt olacaq.
Mətbuatın yazdığına görə, Rusiya XİN rəhbəri gürcü xalqının böyük bir hissəsinin iradəsinə zidd olaraq ölkənin NATO-ya üzv olması üçün səylərin olduğunu bildirib:
«NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz aydındır. NATO Rusiya sərhədlərinə yaxınlaşmağa davam edərsə, o, Moskvanın qırmızı xəttini keçəcək».
Mənbə: Mehr News Agency /eastnews.org/
Bu xəbəri paylaşın:
