Ərdoğan nöqtəni qoydu: Erkən seçki olmayacaq

Türkiyədə erkən seçki olmayacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bir neçə aydır erkən seçki söhbətləri gəzir:

“Heç bir erkən seçki olmayacaq, nöqtəni qoyuram. Türkiyə hüquq dövlətidir, müəyyən edilmiş müddətdə seçkilər keçiriləcək. 2023-cü ilin iyununda ən yüksək səviyyədə seçkilərimizi keçirəcəyik».

Bu xəbəri paylaşın: