Türkiyədə Amerikanın Beyrutdakı konsulluğunda işləyən ABŞ vətəndaşı həbs edilib. Həmin şəxs Almaniyaya uçmaq üçün sənədə ehtiyacı olan suriyalıya pasportunu satmaqda ittiham olunur.
Bu barədə RİA Novosti İstanbul Təhlükəsizlik İdarəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, aldatma faktı noyabrın 11-də İstanbulda pasport nəzarətində aşkarlanıb.
İstintaq müəyyən edib ki, pasport Amerikanın Beyrutdakı konsulluğunun əməkdaşı, ABŞ vətəndaşı D.J.K.-ya məxsusdur. Suriyalının həbsini əks etdirən görüntülər yayılıb.
Müşahidə kameraları kişilərin İstanbul hava limanında görüşərək paltarlarını bir-biriylə dəyişdiklərini göstərib. Daha sonra amerikalı suriyalıya pasportunu 10 min dollara verib. Axtarış zamanı içərisində pul olan zərf aşkar edilib.
Mənbə: Qaynarinfo