Beyləqanda şəhidin Ad günü mərasimi keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonu Heydər Əliyev Mərkəzində şəhid Barat Nizami oğlu Quliyevin Ad günü mərasimində iştirak ediblər.

Şəhid Barat Nizami oğlu Quliyevin döyüş yolundan söz açılıb və onun Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açmışlar.

Tədbirdə müharibə veteranları ilə yanaşı, şəhid ailələri və incəsənət nümayəndələri də iştirak edirdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edərək daim şəhid ailələrinin yanında olduqlarını bildirdilər. Qeyd etdilər ki, şəhidlərin ailələri o müqəddəslərin bizlərə əmanətidir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin imzaladığı Fəxri fərman şəhid Barat Quliyevin valideynlərinə təqdim olundu.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: