Lənkəranlı Milli Qəhrəmanlarımız

Bu mövzuda yazmağımıza səbəb bir müharibə veteranımızın (adını çəkmirəm — E.S.) yanlış olaraq 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun vətənindən Milli Qəhrəman olmamasıyla bağlı yazdığı status oldu.


Öncə bildirim ki, Azərbaycanın onlarla qəhrəmanının yaşadığı cənub bölgəsində Lənkəran şəhərinin öz şanlı tarixi keçmişi və ənənələri var. O cümlədən də Qarabağ uğrunda aparılan ümumxalq mübarizəsində danılmaz rolu var.


Sizlərə Lənkərandan olan Milli Qəhrəmanlarımızı təqdim edirik:


Təhməzov Paşa Qurban oğlu (d.23.03.1949, Lənkəran şəhəri – 23.08.1993, Lənkəran şəhəri) – azadlıq uğrunda mərd, mübariz, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).


Əliyev Əsgər Ələkbər oğlu (d. 08.11.1974, Lənkəran rayonu, Ləj kəndi – 17.03.1995, Ləj kəndi) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı (04.04.1995).


Abdullayev Rövşən Əbdülhüseyn oğlu (d.16.01.1969 – 13.09.1992) – hərbçi-zabit, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (15.01.1995).


Bayramov Sultanağa Nəhmət oğlu (d. 17.10.1936, Lənkəran rayonu, Şürük kəndi – 23.08.1993, Lənkəran şəhəri) – azadlıq uğrunda mübariz, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).


Əliyev Etibar Böyükağa oğlu (d.11.07.1955, Lənkəran şəhəri – 23.08.1993, Lənkəran şəhəri) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).


Allah rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: