- Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidməti
******************
Tarix təkcə elm deyil. Hazırda informasiya savaşında başlıca aspektlərdən biridir. Yəni informasiya savaşı iki aspektdə — hərbi aspekt, tarixi aspektdə aparılır. Bizdə bu sahədə nəzərə çarpacaq bir iş görülmür. Diqqətinizi bəzi məqamlara yönəltmək istəyirəm.
Tanınmış antropoloqumuz, tarixçi alimimiz Kərəm Hətəmoğlu Məmmədlinin antropologiyamız haqqında bəzi fikirlərini bir daha diqqətinizə çatdırmaq istərdim: «Prosesi təkcə, dil nümunələri əsasında izah etmək düzgün deyil. Yəni, tarix elmi dedikdə, bizə bir ümumi bir fikir deyirik, tarix. Axı tarixin özünün köməkçi fənləri var, lap zirvədə duran və faktları danılmaz olan sahələr var. Məsələn, antropologiya. Bəs antropologiya elmi nəyi deyir?
Dünya xalqları baş quruluşuna görə 3 qismə ayrılırlar: dolixikefal (doliksikefal), mezokefal və braxikefal (braksikefal).
Bunlar baş ölçüsünə əsaslanan sistemdir, İsveç alimi Retsius tərəfindən kəşf edilib. Retsiusun xüsusi pərgarı var idi. Başın əvvəl eni, sonra uzunu ölçülürdü. Başın eninin uzununa nisbətinin 100-ə vurulması nəticəsində alınan rəqəm baş indeksi adlanır. Əgər alınan rəqəm 76-dan azdrısa, bu cür baş quruluşuna “dolixikefal kəllələr” deyilir. 76-80.9-a qədərdirsə, bu başlar “mezokefal” adlanır. 81-dən yuxarı olanlara isə “braxikefal” deyirik. Bəs Altay xalqları yaşayan regionda bu təsnifat necədir?
Alp Ər Tunqanın atası ehtimal olunan baş Sak döyüşçüsü Atilla
Məsələn, Cənubi Qafqazdan tapılan ilk “homo sapiens” Firuz düşərgəsindən aşkar edilən, yəni Qobustandan tapılan insan kəllələridir. 11 kəllə sümüyündən ikisini ölçmək mümkün olub. Məlum olur ki, baş quruluşuna görə, bu adamlar “dolixikefal”dırlar.
Sonrakı mərhələdə Neolit dövrü abidələrindən Çiatura yaxınlığından tapılan kəllə “broxikefallığa” meyllidir. Qalan bütün tapıntılar isə “dolixikefal”dır. Kür-Araz mədəniyyəti dövründə tapılan bütün kəllələr öz baş quruluşuna görə “dolixikefal”dırlar.
Qəribə burasıdır ki, hayların Qafqazda qədim xalq olduğunu daima gözə soxmağa çalışan Valeri Pavloviç Alekseyev özü də etiraf edir ki, “dolixikefal” kəllə quruluşuna malik insanlar türklərdir. Türkləri çox vaxt nədə qınayırlar? Deyirlər ki, guya türklər köçəri maldar olublar və Altaylardan iki istiqamətdə Qərbə doğru irəliləyiblər. Bir istiqamət Volqaboyu istiqaməti olub, ikinci istiqamət isə Xəzər dənizinin güneyi olub. Onlar getdikləri bölgələrdə mədəniyyət qura-qura gediblər.
Və sonda biz nə ilə rastlaşırıq? Görürük ki, Afanasyevo və Andronovo mədəniyyətlərinin qurucuları ilə Cənubi Qafqazdakı mədəniyyət qurucularının kəllə indeksləri eynidir. “Yamnaya kultura” deyilən bir şey var, yəni «Çuxur mədəniyyəti». Bu mədəniyyətin yayılma arealı Sibirə qədər gedib çıxır. Sibirdə biz nə ilə rastlaşırıq? Pazrıq kurqanlarından tapılan xalçalardakı şəkillərlə. Ruslar özləri də etiraf edirlər ki, şəkildəki adam antropoloji cəhətdən qafqazlıdır.
Əgər Qafqazdan danışırıqsa, görkəmli gürcü dövlət xadimi və mütəffəkkiri İvane Çaxavaşvili nin 1916-cı ildə nəşr olunmuş “Gürcü xalqının tarixi” əsərinə istinad etməliyik. Orada Çaxavaşvilinin gözəl bir etirafı var. Deyir ki, antropologiya elmi baş quruluşuna görə xalqları 3 qola ayırır. Bunların ikisi əsasdır: dolixikefal və braxikefal.
Ardınca əlavə edir ki, Qafqazın qədim qəbirlərindən tapılan kəllələrin əksəriyyəti “dolixikefal” olduğuna görə biz qəbul etməliyik ki, ermənilər və gürcülər bu bölgəyə gəlmədirlər. Daha sonra əlavə edir ki, bu fikri hətta Virxov da təsdiq edir. Bəs Virxov özü kimdir?
O, Avstriya — Macarıstan İmperator Akademiyasının antropologiya üzrə mütəxəssisi idi. Virxov araşdırmalardan sonra haqlı olaraq, ermənilərin və gürcülərin Cənubi Qafqaza gəlmə olduqlarını söyləməyə məcbur idi.
Bu fikirlər görkəmli antropoloqumuz Kərəm Məmmədliyə aiddir. Bu günlərdə fars — molla rejimin ölkəmizə qarşı tarixi aspektdə apardığı informasiya savaşında rupor kimi yaratdığı «Badukubeh» adlı internet resursunda yayınlanmış «Anadolu əhalisi arasında türklərin sayı yeddi faizdən azdır» adlı avrosentrist bir yazı çıxdı. Hərçənd məqsədi bəlli olan bu molla abtafasının bu gün özünü türk xalqına alim kimi sırayanların nadanlıqlarından sitatlar gətirməsi məni dəhşətə gətirdi. Azərbaycandakı iqrarlar, fəridələr və s. kimi «Sonanın bicləri» kimi, elə Türkiyədə də soyu bilinməyən «Kahbe Bizansın cocukları»nın eyni amala xidmət etmələri göz önündədir.

Adını çəkdiyim yazıdan bir məqamı diqqətinizə çatdırıram: «Genetika sahəsində mütəxəssislər, indiki Türkiyə əhalisinin Orta Asiya bölgələrindən Anadoluya köç etmiş türklərin nəslindən olub- olmaması, yaxud da Rumlu xristian ailələrinin övladlarının sünnət (düşürmə-devşirme demək istəyib) prosesinin nəticəsi kimi müsadirə edilərək Osmanlı hökmdarlarının mülkiyyətinə verilmiş uşaqlarının və yaxud da qeyri müsəlmanlara şamil edilən vergidən (Cəziyə) yayınmaq məqsədi ilə türk dilni qəbul etmiş Anadolu torpaqlarının əsil sakinlərinin törəmələrindən ibarət olub — olmaması süalını cavablandırmaq istiqamətində geniş miqyasda araşdırma aparmışlar.
Türkiyə əhalisi arasında DNA analizi əsasında aparılmış araşdırmaların nəticəsi göstərir ki, Türkiyə əhalisinin yalnız 13- 15 faizinin genetikası orta Asiyadakı əhalinin genetikası ilə üst-üstə düşərək, türk irqinə mənsubdur.
Başqa bir geniş araşdırma isə göstərir ki, bu günkü Türkiyə cəmiyyətinin tərkibindəki orta Asiya köçmənlərinin payı təxminən 21.7 faiz təşkil edir.
Eyn zamanda, digər elmi araşdırmalar, eləcə də genetika və statistitik tədqiqatlarının nəticəsi də bunu təsdiq edir ki, Türkiyə əhalisi ilə Aralıq dənizi və Qafqaz irqlərinə şamil olan qərbi Asiyanın əhalisi arasındakı yaxınlıq diqər qruplara nisbətən daha çoxdur.
Bu məsələ ermənilər və kürdlərə də şamildir. Pantürkistlərin təsəvvürünün əksinə olaraq, türklərin genofondu orta Asiyanın sarı dərili türklərindən daha çox kürdlərə, ermənilərə və yunanlara yaxındır».
Məsələnin mahiyyətini anlamaq üçün Fedai.az-da yazdığım «Ey şanslı dolixikefal övladlrı» yazısından bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Görkəmli antropoloq alimimiz Kərəm Məmmədli «Antropologiyaya giriş»adlı əsərində Andronovo mədəniyyəti qurucularının baş quruluşunun 74-76 ölçülü olmasını və Türkiyədə broxikefal kimi göstərilməsini qeyd edib. Türkiyəli tədqiqatçı Kamuran Gürü də Türkiyə və Qafqazda tədqiqatlar aparıb. Onun tədqiqatıyla Nazan Maksudyanın nəticələrini müqayisə etdikdə Anadoluda dolixikefalları necə gözardı etdiyini aydın görmək olar».
Kimdi bu Nazan Maksudyan?
1925-1939-cu illərdə erməni Nazan Maksudyan türk antropoloji məcmusunu «təhlil» etmiş və türkləri braxikefal, alpin irqinin təmsilçiləri olduğunu bildirmişdi. Bu erməni, «Mərkəzi Asiya» nəzəriyyəsinə əsaslanaraq türklərin Oğuzlarla heç bir əlaqəsinin omadığını dünyaya göstərməyə çalışıb. Türkiyədə dolixikefal baş quruluşlarını yaxına buraxmayan bu erməninin məqsədini anlaya bilirsinizmi? Gəlmə monqoloid türklər…
Ardı var