Müharibə veteranı, ehtiyyatda olan mayor Cingiz Yaqub oğlu İsayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)Tərtər rayon şöbəsinə sədr təyin edilib.
İsayev Cingiz Yaqub oğlu 03 yanvar 1967 — ci ildə Tərtər rayonunun Qaraağacı kəndində anadan olub.
«SSRİ Silahlı Qüvvələrin 70 -illiyi», Müstəqil Respublikamızın isə «Müharibə Veteranı», «AVMVİB-nin 25 illiyi», «Azərbaycan Ordusunun 100-iliyi» , «Böyük Zəfər» Xatirə medaları ilə təltif edilib .O,1984-cü ildə Tərtər rayonunun Qaraağacı kənd orta məktəbini, 1988 ci ildə isə Tallin Ali Hərbi Sıyası məktəbi bitirib. 1988-1991-ci ilərdə Sovet ordusunun Qazaxstan Respublikalarında yerləşən hərbi hissədə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini və böluk komandiri, 1991-2002-cı ilərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Zakatala və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavinini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Təyinatla bağlı AVMVİB sədri Füzuli Rzaquliyev Çingiz İsayevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzu edib.
Mərasimdə AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov və AVMVİB NTK sədri Niyazi Quliyev iştirak ediblər.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti