BİZ NƏ İSTƏYİRİK?

ELBARİZ Məmmədli

1813-1828-ci illər işğalçı müqavilələrin əsas memarı kimdir?

— Rusuya! Bəs, 1918-ci il Bakı və ətraf rayonlardakı qətliamların, 1920- ci il 28 aprel işğalının, 30- cu illər qanlı repressiyaların, Qərbi Azərbaycandan kütləvi sürgünlərin, 1990—cı il Qanlı Yanvar faciəsinin, 1992-ci il Xocalı qətliamının, 1988-ci ildən başlayaraq, yüz minlərlə azərbaycan türkünün sonuncu nəfərinə kimi Ermənistan adlanan doğma torpaqlardan qovulmasının, Qarabağın işğalının ideya müəllifi kimdir?

— Əlbəttə Rusiya!

Hələ bunlar yaddaşlarda qoruya bildiyimiz tarixlərdi.İndi həmin şər maşını özünün şər əməllərini arxayın şəkildə Qarabağda davam etdirir. Ermənilərə səngər qazdırıb, altını silah-sursatla doldurur.Azərbaycanın razılığı olmadan, dünyanın müxtəlif yerlərindən gələn haypərəst siyasət adamlarını xüsusi müşayiətlə Xankəndinə ötürür. Və bizim informasiya şəbəkələri özünü cırıb dağıdır ki, ay haray, ruslar bizə xəyanət etdilər. Bəs, siz onlardan məhəbbətmi gözləyirdiniz? Açığını deyirəm, haylara qalmış olsaydı, ya vəlvələdən, ya zəlzələdən bu məsələ çoxdan çözülmüşdü. Düşmən nə qədər şərəfsiz və riyakar olsa da reallığı anlayır, hansı regionda və kimlərin əhatəsində yaşadığını bilir. Baxmayaraq ki, bu problemdə Rusiya ilə yanaşı, Fransa, ABŞ, İran, Yunanıstan, eləcə də bir çox dövlətlər hayların yanında yer almışlar. Amma Rusiya məsələni qanlı müstəviyə yönəltməklə, vurduğu düyünlərin sayını artırmaqla məşğuldur.

Azərbaycan cəmiyyəti heç nə olmamış kimi, hadisələri müşahidə etməyə köklənib. Rus yaralı yaddaşımız Xocalıda min oyundan çıxır, nəinki cəmiyyət heç bu yurdun adamları da səsini çıxarmır. Hamı reaksiya və nəticəni hakimiyyətdən istəyir. Siyasi adlanan qurumlar dedi-qoduyla vaxtını yola verib, istiqaməti gedər- gəlməzə yönəldir. Haylara baxın. Hansı sosial şəbəkəyə göz atırsan qarşına bu şərəfsizlər çıxır. Ən çox da rusdilli informasiya şəbəkələrində xəstə təfəkkürlə ağıllarına gələni danışırlar. Biz isə öz həqiqətimizi danışmağa can çəkirik. Tərtərdə Vətən övladlarına divan tutmuş «adam «ların hansı dövlətin sifarişini yerinə yetirdiyini dilimizə gətirməyə ürək eləmirik. Amma uşaq pulu, sosial müavinət söhbəti ortaya atılan kimi, hamı üsyankar olur. Bunlar olmalıdır və etmək dövlətin borcudur.

Fəqət, veriləcək bu uşaq pulları ilə rusun gələcək xəyanətlərinə qurbanlıqlarmı böyüdəcəyik? Deməli, ilk növbədə bu, tapdalanmaqdan bağrında yaralar açılmış Vətəni yadellilərin caynağından xilas etmək lazımdır ki, rahatlıq bizim də qapımızı tanısın. Ölkəni hörümçək toru kimi əhatələmiş xain şəbəkədən canımız qurtulsun. O zaman Kremlin xain əlləri bura soxula bilməyəcək. Bu ölkənin sahibi olan insanlar əl-ələ verib gələcək xoş günlərin təməlini qoyacaqlar.

Nə hayların, nə də onların havadarı olan rusların və başqalarının bu torpaqda nəyəsə hökm etmək haqqı yoxdur. Hərçənd ki, Rusiya siyasi dairələri çar və bolşevik dövrünün işğal əməllərinə istinad edərək, hədəli niyyətlər ortaya atırlar. Bu onların xislətidir. Bərqərar olduqları gündən etdikləri xəyanətlər hesabına ucsuz bucaqsız bir məkana yiyələniblər. Onları toplum olaraq, hesaba alıb dövlətləşdirən Böyük Türk millətinə qənim kəsiliblər. Artıq bu oyunlar keçərsizdir. Çünki Rusiya milli tərkibinə görə, deformasiyaya uğramış vəziyyətdədir. Ucqarlardan boşala-boşala mərkəzlərə toparlanmaqla məşğuldur. Bütün davaları da elə bu mərkəzləri qorumaq üçündür. Bütün bunları bildiyimiz halda, Qarabağda baş verənlərə cəmiyyət olaraq, ciddi müqavimət göstərmirik.

Bəs, o zaman biz nə istəyirik?

Bu xəbəri paylaşın: