Apellyasiya Məhkəməsində hakim Tiqran Simonyanın sədrliyi ilə keçirilən prosesdə prokurorun şikayəti təmin edilib və nəticədə əsirlikdən qayıdan mayor Narek Yeremyan 2 ay müddətinə həbs edilib.
Bu barədə NEWS.am-a Narek Yeremyanın vəkili Karmen Poqosyan məlumat verib.
Birinci instansiya məhkəməsi bir müddət əvvəl batalyon komandirinin müavini mayor Narek Yeremyanın həbsi ilə bağlı vəsatəti rədd edib, prokuror isə Apellyasiya Məhkəməsinə müraciət edib.
Poqosyan prokurorun şikayətinin əsaslarını zəif və əsassız adlandırıb. “Bu, son dərəcə xoşagəlməz bir vəziyyətdir. Ermənistan öz uşaqlarını yeməyə başlayıb. Müstəntiqlər həbs olunmadan da işləyə bilərdilər. Bu insanları təkrar stressə məruz qoymağın mənası yox idi” deyən vəkil kassasiya şikayəti vermək niyyətində olduqlarını bildirib.
Narek Yeremyan hərbi xidmət qaydalarını pozmaqda ittiham olunur. O, ittiham aktını etiraf edib.
Erməni əsirləri haqqında
Avropa İnsan Haqları Məhkəməsində məhbusların maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Sahakyan bazar ertəsi bildirib ki, Azərbaycanda 50-yə yaxın erməni məhbusunun olduğu təsdiqlənib. “Daha 80 nəfər haqqında məlumat var, lakin onların tutulması faktı rəsmən təsdiqlənməyib”, deyə o bildirib.
Dekabrın 19-da Ermənistan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 10 erməni hərbi əsirinin Azərbaycandan geri qaytarıldığını bəyan edib. Söhbət noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın sərhəddəki hərbi postlarına hücumu nəticəsində əsir düşən erməni hərbçilərindən gedir. Bundan əvvəl dekabrın 4-də Rusiyanın vasitəçiliyi ilə 10 erməni hərbi əsir Azərbaycandan İrəvana qaytarılıb.
Əli Nəsib Zərdabi
