Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda ağır döyüşlərdə yaralanaraq əlil olmuş keçmiş döyüşçülərin, veteranların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nizami rayon şöbəsinin sədri, Nizami rayon İcra Hakimiyyəti İctimai Nəzarət Şurasının sədr müavini Rəcəb Baxşiyev yazıb.

Rəcəb Baxşıyev bildirib ki, müstəqil Azərbaycan dövləti şəhid ailələrinə və fiziki sağlamlığını itirən digər şəxslərə xüsusi qayğı göstərir. Əsas prioritet istiqamətlərdən olan bu sahə həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Sevindirici haldır ki, dövlətimiz xüsusi imtiyazlı şəxslərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür lazımi şərait yaradır. Mütəmadi olaraq onların mövcud problemlərinin həll edilməsi və sosial rifah hallarının yaxşılaşdırılıması istiqamətində tədbirlər həyata keçirilir. Xüsusən son günlər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar əhalinin sosial rifahını yüksəltməyi planladığı bu gün əhali tərəfindən rəğbətlə qarşılanıb.
Eyni zamanda, Nizami rayonunda xüsusi qayğıya ehtiyacı olan imtiyazlı ailələr dövlətin göstərmiş olduğu çoxşaxəli yardımlarından bəhrələnməkdədir. Dövlətimizin əsas prioritet istiqamətli sahələrinin uğurla tətbiq edildiyi rayonlardan biri də, elə Nizami rayonudur. Maddi və mənəvi dəstəyə ehtiyacı olan aztəminatlı və xüsusi imtiyazlı ailələrin ehtiyaclarının ödənilməsi istiqamətində rayonumuzda çox işlər görülmüşdür.
Bu gün 44 günlük Vətən müharibəsi iştirakçıları ilə bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adının verilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu da müharibə veteranlarının statusu ilə bağlı növbəti bir addımdır. Yəni bu da sosial bir addımdır və cəmiyyətdə minlərlə insan tərəfindən rəğbətlə qarşılanıb. İnanıram ki, bu istiqamətdə aparılan işlər davam etdiriləcək.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nizami rayon şöbəsinin sədri, Nizami rayon İcra Hakimiyyəti İctimai Nəzarət Şurasının sədr müavini Rəcəb Baxşiyev qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunmasıyla qazanılmış Zəfər zirvəsi Prezident cənab İlham Əliyevin adıyla Tarixdə əkizləşib. 300 ilə yaxın idi ki, böyük qələbəyə möhtac olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etdi. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar söylədiyi bir fikir günümüzlə səsləşir: “Bir millət – iki dövlət” şüarı ilə Türkiyənin qardaşlıq vəzifəsinə əsaslanaraq etdiyi Vətən müharibəsi müddətində müxtəlif təxribatlara baxmayaraq, İlham qardaşım qətiyyətli və soyuqqanlı liderlik nümayiş etdirərək Zəfərin baş memarı oldu». Bəli, bu Zəfərin baş memarı, həqiqətən Ali Baş Komandanımız cənab İlham Əliyevdir.
Biz köhnə döyüşçülər daim Komandanımızın yanında və əmrindəyik!
Elnur Səlim
