Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) müharibə veteranları və şəhid ailələrinə diqqət və qayğı göstərən heç kimi diqqətdən kənarda qoymur. Belə müəssələrdən biri də «Azərlotereya» ASC-dir. «Azərlotereya» ASC öz fəaliyyətində daim müharibə iştirakçılarının işlə təmin olunmasına çalışıb, onların problemlərinin həllində, istərsə də 44 günlük Vətən müharibəsi günlərində daim öz xeyirxah əməllərini davam etdirib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.
Qurban Osmanov bildirdi ki, məhz bu fəaliyyətlərinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə «Azərlotereya» ASC-nin icraçı direktoru Zafer Reisoğlu, İnsan Resursları və inzibati məsələlər üzrə direktor Nazmirə Şirinova müharibə veteranlarına, qazilərə və şəhid ailələrə göstərdikləri həssas və qayğıkeş münasibətə görə və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Fəxri fərmanla təltif olundular.
Fəxri fərmanları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov təqdim edib. V. Abdurəhmanov təltif olunanları təbrik edərək, bundan sonra da «Azərlotereya» ASC analoji fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.
Tədbirdə «Azərlotereya» ASC-nin məsul işçisi, AVMVİB -nin sədr müavini və Nərimanov şöbəsinin sədri Qurban Osmanov da iştirak etmişlər.
Nurlan Məmmədli


