Üzdəniraq Arayikin «arsax» haqqında növbəti sarsaqlaması

«Azərbaycanlılarla birgəyaşayışdan söhbət gedə bilməz».

Qondarma Artsax Respublikasının prezidenti Arayik Arutyunyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi fikirlərlə bağlı açıqlamasında belə deyib.

Onun sözlərinə görə, «Arsax”dan başqa heç bir hökumət onların taleyindən danışa bilməz: «Azərbaycanlılar bizə qarşı nifrətlidirlər. Bu səbəbdən öz müqəddəratını təyinetmə məsələsi yalnız burada yaşayan ermənilərə aiddir. Rusiya sülhməramlıları Arsax ordusu tam qurulana qədər Qarabağda qalmalıdır. Bu, təhlükəsizlik üçün önəmlidir. Biz bu məqamda səhv edə bilmərik, yoxsa bu, Arsaxın sonu ilə nəticələnə bilər”.

Nikol Paşinyan çıxışında bildirmişdi ki, əgər Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı qərar verilərsə, o zaman yekun status Azərbaycanın konstitusiyasına uyğun dəqiqləşdirilməlidir.

Bu xəbəri paylaşın: