TƏBRİK: YUSUBOV ZAUR YUSUB OĞLU — 41

 Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  seçilən  ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə  keçirən ehtiyatda olan polkovnik- leytenant Yusubov Zaur Yusub oğlunun 31 dekabr 41 yaşı tamam olur. Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik leytenant Yusibov Zaur Yusub oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

 Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

Polkovnik- leytenant  Yusubov Zaur Yusub oğlu  1980-ci ildə Gürcüstan Respublikasının Bolnis rayonununda anadan olub.

O, 1988-ci ildə Bolnis rayonunda  1-ci sinifi, 1995 -ci ildə Bakı şəhərində  8-ci sinifi, 1998-ci ildə Çəmşid Naxçıvanski adına hərbi liseyi 2002-ci ildə   Heydər Əliyev Adına Ali hərbi məktəbi, 2003-cü ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  hərbi məktəbini (Daxili Qoşunların ixtisas üzrə), 2013-cü ildə isə Türkiyə Silahlı Qüvvələrin Hərbi Akademiyasını  bitirib.

      Yusubov Zaur Yusub oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Xüsusi təyinatlı Dəstlərin hazırlığı üzrə Türkiyə, İsrail, Amerika, Rusiya və Çin dövlətlərində müvafiq kurslarda, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki — təlim toplanışlarda, təlimlərdə, yarışlarda, seminar və konfranslarda , Belarusiya Respublikasında isə  keçirlən  Xüsusi təyinatlı Dəstlərin  hazırlığı uzrə yarışmda fəal  iştirak edib.

      Polkovnik leytenant Yusubov Zaur Yusub oğlu 2003-2016 -cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Binəqədi və Xətai rayonlarında  yerləşən hərbi hissələrin Xüsusi təyinatlı Dətəsində qrup komandiri, Xüsusi Təyinatlı Dəstə komandirinin müavini, Xüsusi Təyinatlı Dəstənin komandiri, Daxili Qoşunların Bas İdarəsinin  Kəşfiyyat şöbəsində   Qoşun və  Əməliyyat  Kəşfiyyat bölmələrinin bölmə rəisi vəzifələrində  Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Hərbi təcürbə mübadiləsi ılə Kırğıstan Respublikasının Daxili Qoşunların Bas İdarəsində və Xüsusi təyinatlı hərbi hissələrində  olmuşdur .

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Polkovnik leytenant Zaur Yusubov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

    O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə  yerınə yetirmişdir. 44 günlük Vətən müharibəsi günlərində də əsil vətənpərvər kimi daim əsgərlərimizlə öndə olmuşdur.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində  yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb və Zabitlərin təhkimləşdirmə kurs  rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  «Əla xidmətlərə görə » doş ,yubley və müvafiq idman dərəcələri ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla,  diplomlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona vaxtından əvəl «kapitan» və «polkovnik- leytenant»   hərbi rütbələri verlib və təşəkkür elan edilib.

    Yusubov Zaur Yusub oğlu  Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə»  1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının » isə 10-illiyi, 90-illiyi və 100-illiyi yubiley    medalları ilə təltif olunub.

     Polkovnik- leytenant Yusubov Zaur Yusub oğlu, Hərbi  xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidentının 09 mart 2007-ci tarixli 2019 nömrəli sərəncamına əsasən   «İGİDLIYƏ GÖRƏ»  medalı ilə təltif edilib.

    Silahlı Qüvvələrdən ehtiyyata  buraxldıqdan sonra  Yusubov Zaur Yusub oğlu hal — hazırda  Xüsusi Mühüm Obyektlərin Mühafizəsi İdarəsində inspeksiyanın rəisi işləyir

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: