İlham Əliyev 2022-ci ili «Şuşa ili» elan etdi

Prezident İlham Əliyev xalqa müraciətində 2022-ci ili «Şuşa ili» elan etdi.


Bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində dedib.


Dövlət başçısı bildirib:


«Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili «Şuşa İli” elan edirəm».

Bu xəbəri paylaşın: