Avrosentrizmin Hind-Avropa yalanı Türklüyə qarşı düşünülüb

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

(Əvvəli: https://fedai.az/?p=59329)

Sonralar Avrasiya çöllərinin köçərilərinin yəhərləri çox keçdidəyişikliklərə və yeniliklərə məruz qaldı. Bu yeniliklərdən ən əhəmiyyətlisi eramızdan əvvəl sonucu əsrlərdə və eramızın ilk əsrlərində baş vermişdir…


Çox güman ki, ağır süvarilərin meydana çıxması ilə atlının yaxın döyüşdə düşməsinin qarşısını almaqdan ötrü əlaqələndirilmiş və istiqamətləndirilmişdir. Əgər atlı yastıqlı köhnə üslublu yəhərlərdən istifadə etməyə davam etsəydi, o dəyən zərbədən nizəsi düşməni ilə düşməni vurarkən yəhərdən yıxıla bilərdi.

Erkən orta əsrlərdə yəhərin başqa bir növü olan «türk yəhəri»,adlanan yəhər növü Böyük çölün şərq hissələrində yayılmışdı (İlkin — adı “Türk yəhəri” adlanırdı, amma onun nə vaxt və kim tərəfindən hazırlandığı hələlik məlum deyil). Bu yəhərlərin istehsalı və idarə edilməsi daha asan idi.


Orta əsr Avropasında yəhərlər iki cür idi: Romano-German və Türk — Slavyan növləri adlandırılırdı. Bu ərazilər arasındakı sərhəd haradasa indi müasir Polşa və Macarıstan vardı. Çöldə isə «türk yəhərləri» tam hökmranlıq etməkdəydi. Üzəngilər atlının qabiliyyətini xeyli artırdı, at sürmək bacarığı, xüsusilə vacib idi. Üzəngi atı idarə etməyi asanlaşdırdı, ümumiyyətlə müharibədə oturaq ölkələrin ağır süvarilərinin inkişafına töhfə verdi. At sürməyi mənimsəyən köçəri döyüşçülər erkən uşaqlıqda atlarını uğurla idarə edə bilirdilər.


Onlar dizləri ilə sıxıb atlardan yapışırdılar, yəhərdə möhkəm oturub üzəngisiz döyüşürdülər. Ancaq daha az təcrübəli olanlar üçün və otraq ölkələrdən olan süvarilər üçün üzənginin tətbiqi çox vacib idi. Bu, hərb tarixində bir hadisə idi. Üzəngi, süvariyə imkan verirdiki, at sürərkən nizə, qılınc və qalxandan səmərəli istifadə etsin.


Üzəngi sonradan həyata keçirilən başqa imkanlar da açdı, qılınc və xəncər silahlarının variantının inkişafına yol açdı.

Türklər sürətlə geniş ərazilərə yayıldılar. Müasir dövrdə o, yüngül silaha çevrilib. Əksər Avropa ölkələrində o, Birinci Dünya Müharibəsindən əvvəl standart süvaridən, yüngül silah kimi istifadə olundu.


Monqol ordularında texnologiya yox idi (?!). Onların silahlanması oturaq əhali silahlanmasından heç də fərqlənmirdi. Onların silahlarını çöldən kənara çıxdıqları müddətdə monqollar mənimsədilər, rəqiblərinin hərbi texnikası, silahları və yeni əşyaları,xüsusilə müdafiə zirehlərini əxz etdilər. Onların uğurları böyük ölçüdə bu sayədə olub, həm də döyüşçülərinin döyüş keyfiyyətləri və nizam-intizamı onlardan öyrənmişdilər.


Üstünlük odlu silahlar çıxanadək bir neçə əsr çəkdi. Erkən top atəşləri açan silahlar bahalı və çox ağır idilər. 2-ci minilliyin ortalarına qədər də bəzi bölgələrdə və daha sonra Avropa çöllərində türk köçəriləri nəhəng bir ordu olaraq qaldılar.

Onların gücü və süvarilərini bəziləri hələ də köməkçi qüvvə kimi qiymətləndirirdi. Beləliklə, 1814-cü ildə nizamsız Kalmıksüvariləri kazaklarla birlikdə rus ordusunun tərkibində Parisə girdilər. Bu Paris sakinlərini heyrətə gətirmişdi. Bəlkə də elə bu hadisə məşhur deyimin ​​yaranmasına səbəb olub: “Rusu qaşısan, tatar taparsan”.


Nəhayət, müxtəlif oturaq dövlətlər getdikcə daha ölümcül odlu silahlarla silahlanmış və yaxşı təlim keçmiş əsgərləri olan peşəkar daimi ordulara arxalanmağa başladılar və zaman köçərilər öz hərbi üstünlüklərini dönməz şəkildə itirdilər.


1550-ci ildən sonra effektiv yüngül odlu silahların yayılması ilə oturaq ölkələrin ordularının hərbi üstünlüyünü artdı. Rusiyada isə hələ də yüngül süvarilər, o cümlədən kazaklar çoxluq təşkil edirdilər. Köçəri hərbi birləşmələr, hələ də mühüm rol oynayırdı.Rusların Qərbi Avropanın hərbi inkişafı ilə ayaqlaşması olduqca müvəffəqiyyətli oldu.

Osmanlılar odlu silahın əhəmiyyətini digər müsəlman dövlətlərinə nisbətən daha əvvəl və daha yaxşı başa düşürdülər. 1453-cü ildə Konstantinopolun mühasirəsində odlu silahlar mühüm rol oynadı. Erkən dövrlərdən başlayaraq hər yerdə oturaq dövlətlər tədricən yox oldu.


Krım xanlığının fəthi ilə başa çatan Rusiyanın Şərqi Avropa çöllərinə irəliləməsi təxminən iki əsr çəkdi. Mancurlar çox uzun sürən mübarizədən sonra Monqolustan və Şərqi Türküstan üzərində nəzarəti ilk dəfə ələ aldılar. Bu uğurun nəticəsi Türküstan və çölləriın Rusiya ilə Çin arasında bölünməsi və əhalisinin əsarət altına alınması ilə nəticələndi. Həmin dövrdən etibarən vəziyyət dönməz şəkildə dəyişdi və köçəri türklər mərkəzləşmiş oturaq imperiyalarla münasibətlərdə daha zəif tərəfə çevrildilər. Bununla belə, Avrasiya çöllərində yaşayan türk köçərilərinin oturaq xalqlarla vaxtında münasibətlərinin hərbi aspektinə nəzər salsaq, az qala ironik bir cəhətə rast gəlmək olar. Türk köçərilərinin özünəməxsus həyat tərzi ilə bağlı nisbi iqtisadi, texnoloji və sosial geriliyi 2500 ilə yaxın müddətdə hərbi baxımdan faydalı olmuş və onlara üç qitədə hərbi sənətin tarixinə güclü təsir göstərməyə imkan vermişdir.


Sonda türk xalqlarının qəddar olması fikrinin yanlışlığını qeyd etmək istərdim. Doğrudur, köçərilərin bir çox basqınları, hücumları və işğalları dağıdıcı olmuşdur. Amma bu dağıntılar bəzən o dövrün tarixçiləri və onların müasir davamçıları tərəfindən şişirdilir.


Mənbə: fayl: /// C: / İstifadəçilər / İstifadəçi / Yükləmələr / The_Eurasian_Steppe_Nomads_in_World_Mili.pdf


Müəllif hesab edir ki, Çingiz xanın ordusunun müasir silahları yox idi. Çingiz xan imperiyasının (türk-monqollar) odlu silahları olmasını təsdiq edən eksponatlar bu gün ABŞ muzeylərində saxlandığı faktı üzərindən belə yazan tarixçilər, Türkləri daim köç edən (köçəbə deyil, köçəri), at üstündə təsvir edirlər. Amma dünyanın bütün qədim şəhərlərini kim saldığını soruşunca susarlar. Barıtı türtklər kəşf edib və Çingiz xan ordusu toplardan istifadə edən ilk ordudur.Bəzi əsası olmayan mənbələrə görə, guya Çində barıt 800-cü illərdə, odlu silahlar isə 1100-cü illərdə barıt qazlarının gücündən istifadə edərək ixtira edilmişdir. Bundan əvvəl barıt alovlandırıcı (yandıran silah) kimi istifadə olunurdu. Bombardo (atəş və lülədən çıxan top gülləsi ilə) kimi aydın odlu silahları olan bir döyüşçünün ilk təsviri məhz 12-ci əsrdə, Suçuan mağarasındadır. Sağ qalan ən qədim tunc odlu silah isə 1288-ci ilə (Yuan sülaləsi) aiddir. Bu fakta əsaslanan araşdırmaçılar, nə VIII, nə də XI əsrə aid heç bir fakt ortaya qoymazlar. Ortada 1288-ci il qalır.


İndi faktlara diqqət edək. Çini fəth etdikdən sonra Xan Kubilay Ulus Yuan hakimiyyətini ləğv etdi, Xitanlar, Cürçenlər və Türklər yeni hökumətə xidmət etmək üçün cəlb edildilər. Bundan əvvəl xidmətdə yalnız çinlilər var idi. Çin gələcək Min imperatorlarının hakimiyyətə gəlməsindən əvvəl Ulus Yuanın (1271-1368) ölkəsi Çingiz xan imperiyasının tərkib hissəsi idi. XIV əsrin ortalarında gedən mübarizə nəticəsində çinlilər azad olmuşlar. Çinlilər hakimiyyəti 1368-1644-ci illərə təsadüf edir. Yəni 1271-ci ildə Çin artıq Çingiz Xan imperiyasının bir əyaləti idi. Ondan əvvəlki heç bir döyüşdə çinlilər, barıtdan istifadə etdiklərinə dair heç bir məlumat yoxdur. Deməli onlar 1288-ci ildə Çingiz xan ordusundan topun və barıtın nə olduğunu öyrənmişlər.


İkincisi, odlu silahlar Avropaya Böyük İpək Yolu ilə elə həmin XIII əsrdə “tatar-monqollar” tərəfindən ələ keçirilən Moskva vasitəsilə gəldiyi «Софийский временник» adlı rus salnaməsində yer alıb. Moskvanı daha sonra Toxtamışdan müdafiə edərkən moskvalıların da “tyufenglərdən” («тюфяки») (türkcə “tüfeng” “lülə” deməkdir) istifadə etdikləri qeyd edilir. Amma moskvalılar Moskvanı saxlaya bilmədilər, Toxtamış Moskvanı tutdu və yandırdı. Bildirilir ki, Toxtamış Moskvanı odlu silahların köməyi ilə ələ keçirdi: toplar və bombardlar və ya bombalar.


Odlu silahların Avropaya və Türkiyəyə Böyük İpək Yolu ilə elə XIII əsrdə “tatar-monqolların” vasitəçiliyi ilə gəldiyi fakt kimi qəbul olnur.
Əgər barıt və topa aid Çin topu 1288-ci ilə aiddirsə, o zaman 1257-ci ildə Bağdada hücum edən Hülaku xanın təkərli topları necə olsun? Avrosentrizm bütün vasitələrlə türk izini, türkə aid nailiyyətləri silməyə çalışır. Əl çatını özəlləşdirir, əl çatmayanı isə İran, Çin və yəhudi bələyinə bükməyə çalışır.


Diqqət edək: “Xan bu təklifi (Xəlifənin sülh təklifini -X.Ə.) ikrahla rədd etdi. Çünki qalib gələcəyinə əmin idi… Şəhəri atəşə tutdular.

Ərəblər qətranla tanış idilər, amma barıtı ilk dəfə görürdülər (Bəs 800-cü ildə çinlilərin barıtı vardısa, nə əcəb bu 458 ilə aid heç bir mənbədə adına rast gəlinmir? O dövrün ən təcavüzkar dövləti sayılan Xilafətin bundan xəbəri olmayıb? — X.Ə.). Ustalar bir nəfərin idarə edə biləcəyi borular düzəltmişdilər. Borulardan düşmənə ox başlıqları, metal qırıqları yağdırılırdı. Böyük boruları dəmirdən düzəldərək daşınması asan olsun deyə təkərlərin üzərinə yerləşdirmişdilər (topun kəşfi tatarların adıyla bağlıdır – müəl.). Onlar bir borudan açdıqları atəşlə şəhər divarlarını yıxırdılar. Bu atəşlər Bağdadın şəhər əhalisində qorxu və dəhşət yaratmışdı… 5 fevral 1258-ci ildə Ordu şəhərə daxil oldu və beş gün sonra xəlifə təslim oldu. Hülaku xan əhaliyə silahı buraxıb əmlaka əl vurmadan şəhərdən çıxmalarını əmr etdi (Джек Уезерфорд «Чингисхан и рождения современного мира» Мос-ква. 2006. стр. 341-342).


Yəqin ki, Saxa türkləri də (Yakutlar) ruslardan əvvəl odlu silah və barıtdan xəbərdar idi. Hamıya məlumdur ki, saxa (yakutlar) barıtla ilk dəfə XIII əsrdə Çingiz xan imperiyası dövründə tanış olublar.


Yəni bu yürüşlərdən kənar qalmış türk xalqlarına odlu silah yad deyildi. 17-ci əsrin rus mənbələrində Saxa (yakutlar) «atlılar» adlanırdı. Atlara kişilər, inəklərə qadınlar baxırdılar. Yayda mal-qara otlaqda, qışda tövlələrdə saxlanılırdı. Onlar hələ ruslar gəlməmişdən əvvəl əkinçilik, atçılıq, çəmənçiliklə məşğul olurdular. Yakutların mədəniyyətində heyvanlar ayrıca yer tuturdu, onlara xüsusi mərasimlər həsr olunur. At təsvirinə xüsusi yer verilmişdir, hətta onun insanla birlikdə basdırılması da məlumdur. Sığın, vəhşi maral, ayı, qaban, xəzli heyvanlar — tülkü, arktik tülkü, samur, dələ, ermin, şir, sansar, canavar və başqa heyvanlar ovlanırdı. Eyni zamanda, çox spesifik üsullardan istifadə olunurdu, məsələn, ov, cığırda atla qovmaq, bəzən də itlərlə. Yay-ox, nizə ilə ov edirdilər və 17-ci əsrdən isə odlu silahla ov edirdilər.


Günümüzdən tarixə boylanınca bu gün Atillanın atlı ordusundan qorxub meşələrə qaçan atdan qorxan hollandlar, özlərini Çingiz Xanın hücum xəbəriylə çaylara atan Avropanın şişirdilmiş «qəhrəman» rıtsarları, Əmir Teymurun «oğlum» deməsinə görə şadyanalıq edən İspan krallığı və Çingiz Xanın tək bircə məktubuyla universitetdə türk dilində bölmələr açan krallar bu gün qorxunc keçmişlərini dünyanın xatirəsindən silməyə çalışırlar. Hind-Avropa iddialarını irəli sürərək Böyük Sak-İskit tarixini Türklərdən uzaq tutmaqdır.


FOTO: «Çingiz xan» tarixi filmi, Çin Xalq Respublikasının istehsalı. Çingiz xan şəhərləri ələ keçirərkən toplardan və bombalardan, metal bombalardan istifadə edirdi. Bu işdə ona çinli mühəndislər kömək edirdi.


FOTO: Orta əsr monqollarının odlu silahları. Çingiz xan imperiyası. Tsongzhin Boldog Muzeyi, Monqolustan. Türk-monqollar hətta Çingiz xanın dövründə də ilk bomba və toplardan istifadə ediblər.

Belə olduğu halda, muzeydə eksponatları, əldə fotoları olduğu halda, tarixdə yazılı mənbələr olduğu halda və hətta Çingiz Xanın Yaponiyaya göndərdiyi donanmada topun olması haqqında məlumatlar əks olunduğu halda barıtı niyə Çinin adına yazdıqlarını anlada bildimmi?

Bu xəbəri paylaşın: