Ukrayna mətbuatı Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi son təxribat barədə yazıb

Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat barədə yazıb.

AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri və bir sıra xəbər portalları Ermənistan silahlı qüvvələrin törətdiyi təxribat barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatı dərc edib.

Məqalələrdə qeyd olunub ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Emil Hüseynli

Bu xəbəri paylaşın: