“RUSİYA YA ƏRAZİSİNİ GENİŞLƏNDİRMƏLİ, YA DA ÖLMƏLİDİR” — Kremlin baş ideoloqundan sensasion açıqlama

Kremlin keçmiş baş ideoloqu Vladislav Surkov yeni proqram xarakterli məqalə dərc edib və Rusiyanın daxili problemlərinin həllinin imperialist ekspansiyada olduğunu iddia edib.

 Surkov deyib ki, ya Rusiya ərazisini genişləndirməli, ya da ölməlidir.

Bir çox rus şərhçiləri onun Rusiyadakı daxili vəziyyətlə bağlı təhlilinin düşündürücü və diqqətə layiq olduğunu deyirlər, lakin “Rusiyanın problemlərinin həllinin imperialist yayılma olduğu” fikrinə dəhşətli reaksiyalar da oldu. Hansı ki, bu adamlar Surkovun təklif etdiyi «dərman»ın yalnız xəstəliyi daha da ağırlaşdıracağını, Rusiyanı çökdürəcəyini iddia etdilər. Həmin tənqidçilərdən biri “Moskovski komsomolets”in siyasi müşahidəçisi Mixail Rostovskidir. O, Rusiyanın hazırkı vəziyyətini təsvir etdiyi üçün Surkovu tərifləyir, lakin onun «imerialist yayılma resepti»ndən dəhşət içində geri çəkilir:

“Surkovun fikrincə, Rusiyanın daxili siyasi problemlərinin həlli vasitəsi sərhədlərimizin genişlənməsi -imperialist ekspansiyadır. Sosial entropiya çox zəhərlidir və buna görə də Rusiya üçün daimi genişlənmə sadəcə ideyalardan biri deyil, həm də tarixi varlığımızın əsl ekzistensial reallığıdır. Keçmiş Kreml ideoloqu sadəcə başa düşmür ki, Rusiya Federasiyasının vətəndaşları bu gün imperialist instinktləri ilə ruhlanmadıqları üçün yox, hakimiyyətin onların ehtiyaclarını ödəmək üçün heç nə etmədiyinə görə kasıb vəziyyətdədirlər. Onlar koviddən, az və üzü enişə gedən gəlirlərdən və demoqrafik tənəzzüldən əziyyət çəkirlər. Surkovun təklif etdiyi imperialist yayılma resepti bu problemləri həll etmək üçün necə bir şey edəcək?», — Mixail Rostovski deyir.

Rostovski onu da qeyd edir ki, bu resept diqqəti müvəqqəti yayındıra bilər, amma Rusiyanın hazırkı daxili vəziyyətini daha da pisləşdirəcək.

“Surkov ölməkdə olan rus kəndlərindən birinə baş çəksəydi, bu faktı anlaya bilərdi. Onları heç bir imperialist yayılması xilas etməyəcək. SSRİ-nin dağılmasının əsas səbəblərindən biri Rusiyanın donor rolunu oynamaqdan yorulması idi. Rusiyanın ekspansiyaya ehtiyacı yoxdur, o, öz ərazisinə sahiblənməldir”, deyə «Moskovski komsomolets»in şərhçisi deyir.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: