Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Saatlı rayon şöbəsinin sədri Elməddin Alışanov AVMVİB İmişli rayon şöbəsində olublar.
Şöbə sədrləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovla görüşərək, AVMVİB sədri Füzuli Rzaquliyevin adından onu Fəxri fərmanla təltif ediblər.

Fəxri fərmanı Taleh Tapdıqova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov təqdim edərək, onu təltif münasibətiylə təbrik edib. Bildirib ki, bizlər ölkə rəhbəri cənab İlham Əliyevin sözləriylə desək «Birlikdə güclüyük!» Ona görə də rayon şöbələrinin birgə fəaliyyəti daim gündəlikdə saxlanmalıdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov da göstərilən diqqət və qayğıya görə, verilən dəstəyə görə, AVMVİB Rəhbərliyinə, şəxsən Füzuli Rzaquliyevə İmişli rayonunun veteranları adından minnətdarlığımızı bildiririk.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, İmişli
