Gənc döyüşçü Fəxri fərmanla təltif olunub — Mingəçevir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsi ilin yekunlarına görə fəal üzvlərinin təltifini davam etdirib. AVMVİB üzvü Coşqun Qismət oğlu Qədirov, 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş xidmətlərinə və Birliyin işindəki fəaliyyətinə görə Fəxri fərmanla təltif edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Natiq Həsənov bildirdi ki, döyüşçü Coşqun Qədirovun atası Qismət Qədirov da Əfqanıstan müharibəsi veteranıdır.

Elnur Səlim

Bu xəbəri paylaşın: