ABŞ Dövlət Departamentindən Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama

ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb.

“Amerikanın səsi” xəbər verir ki, departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb.

“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışıqlarını səmimi şəkildə alqışlayırıq”, — ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.

Bu xəbəri paylaşın:
  • 20
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •