Ermənistanın müdafiə naziri bu qızla evlənir

Ermənistanın müdafiə naziri Suren Papikyan evlənməyə hazırlaşır.

Erməni KİV-lər yazır ki, toy yanvarın 22-nə planlaşdırılıb və İrəvandakı “Firon” restoran kompleksində baş tutacaq.

Gələcək cütlük artıq toy dəvətnamələrini də paylayıblar.

Məlumata görə, toydan sonra cütlük dövlət malikanələrindən birində məskunlaşmaq niyyətindədir.

Suren Papikyan Armine Muradyan adlı qızla nişanlanıb. Armine əvvəllər ərazi idarəetmə nazirinin mətbuat katibi vəzifəsində çalışıb.

O, hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyir.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: