Daha bir nəfər minaya düşüb

Verilən məlumata görə, Goranboy sakini minaya düşüb.

Hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb.  Kənd icra nümayəndəliyindən BAKU.WS-in yerli bürosuna verilən ilkin məlumata görə, 26 yaşlı Vüqar Məmmədov çaydan su içmək istəyərkən hadisə baş verib.  Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və sağ ayağının amputasiya olunduğu deyilir.

Mənbə: BAKU.WS

Bu xəbəri paylaşın: