Prezident iki icra başçısını işdən çıxardı – Yeni təyinat

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamlla Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident Abdin Fərzəliyevi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi təyinat münasibətiylə Abdin Ələsgər oğlu Fərzəliyevi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edir.

Bu xəbəri paylaşın: