Ermənistan sərhəddəki vəziyyətin deeskalasiyası ilə bağlı təkliflər paketini Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təqdim edib.
Bu barədə TASS-a Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
«Hazırladığımız təkliflər paketi Rusiyaya, onun vasitəsilə isə Azərbaycana təqdim edilib. Bu təkliflər sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlib”, — o qeyd edib.
Mirzoyan azərbaycanlı həmkarı ilə görüşünün planlaşdırılmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəyini bildirib.
Bu xəbəri paylaşın:
