Ermənistan itkilərinin sayını açıqladı

Ermənistan Qarabağda 44 günlük müharibə zamanı itkilərinin yeni sayını açıqlayıb.

Ermənistan mediası xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin məlumatına görə, müharibədə ölənlərin sayı 3809 nəfərdir. 199 hərbçinin taleyi isə naməlumdur.

Xatırladaq ki, 2021-ci il dekabrın 24-nə olan məlumatda müharibə zamanı Ermənistan tərəfdən 3808 nəfər öldüyü açıqlanmışdı.

Əslində isə Ermənistan itkilərin sayını ən azı 3 dəfə azaltmaq üçün 10 min nəfəri itkin elan edib və meyidlər hələ də morqlarda saxlanıldığı barədə məlumatlar var.

Bu xəbəri paylaşın: