AVMVİB Kəpəz rayon veteranları hərbi hissədə olublar

Gəncə şəhər veteranları N saylı hərbi hissənin yaranmasının 30 illiyi ilə bağlı tədbirdə iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhəri Kəpəz rayon şöbəsinin sədri Arzu Kərimov məlumat verib.

Arzu Kərimov bildirdi ki, tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri qonaqları, əsgər, gizir və zabit heyətini salalayaraq hərbi hissənin 30 illiyi münasibətiylə təbrik etdi.


Daha sonra müharibə veteranlarından AVMVİB Kəpəz rayon (Gəncə şəhəri) şöbəsinin sədri Arzu Kərimov, AVMVİB Beyləqan rayon şöbəsinin üzvü Azər Nazir oğlu, AVMVİB Goranboy rayon şöbəsinin üzvü Adil Əhmədov çıxış edərək bu hərbi hissənin tərkibində keçdikləri döyüş yollarından danışdılar.

Tədbirdə fərqlənmiş əsgər və zabitlərə hərbi hissə komandiri Fəxri fərman və rütbələr təqdim etdi.


Hərbi hissənin yubileyi ilə əlaqədar hərbi hissəyə məxsus yeməkxanada Azərbaycan bayrağı əks olunmuş tort kəsildi və tədbir iştirakçılarına ziyafət verildi.


Elnur Səlim

Bu xəbəri paylaşın: