Müharibə veteranları Hüzn Günündə şəhidləri andılar

SABİRABAD. Sabirabad rayonunda da 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd edilib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovun rəhbərliyi ilə rayonun müharibə veteranları şəhidlərimizi anıblar. Ümumiyyətlə, 20 Yanvar Ümumxalq Hüzn Günü rayon ictimaiyyəti tərəfindən geniş qeyd olunub.


Rayon veteranları şəhidlərə həsr olunmuş Abidəni ziyarət edərək gül qoymuşlar.


**************


CƏBRAYIL. Cəbrayıl rayonunda müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət edərək, 20 Yanvar Ümumxalq Hüzn Gününü qeyd ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.


AVMVİB Cəbrayıl rayon şöbəsinin üzvləri Şəhidlər Xiyabanında şəhid məzarlarına gül qoyaraq, dua ediblər.

***************

BƏRDƏ. Bərdə rayonunda müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət edərək, 20 Yanvar Ümumxalq Hüzn Gününü qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov məlumat verib.

Rayon veteranları Bərdə Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül qoyub və dualar ediblər.

******************

LƏNKƏRAN. Lənkəran rayonunda müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət edərək, 20 Yanvar Ümumxalq Hüzn Gününü qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev məlumat verib.

Lnkəranlı veteranlar Şəhidlərə həsr olunmuş abidəyə gül qoyaraq, şəhid ruhlarına dualar ediblər.


Allah rəhmət eləsin!


Elçin Qədirli
Qarabağ üzrə bölgə müxbiri, Sabirabad

Bu xəbəri paylaşın: