Ağdaş veteranları Ümumxalq Hüzn Günündə şəhidləri andılar

Ağdaş rayon veteranları 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.


AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev bildirib ki, 20 Yanvar Ümumxalq Hüzn Günündə Ağdaş rayon İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovub rəhbərliyi ilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə karantin rejiminin tələbləri gözlənilməklə “Şəhidlər” kompleksində anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül, çiçək dəstələri düzülmüşdür. Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: