AVMVİB Abşeron rayon şöbəsi Şəhid Bulağının açılışını etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsi veteranlarının təşəbbüsüylə Abşeron rayonu Qobu qəsəbəsində Şəhid Bulağı kompleksinin açılışı olub.


Bu haqda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov məlumat verib.

Cabbar Cabbarov bildirdi ki, rayon veteranları şəhidlərimizin unudulmaması və adlarının əbədiləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Qobu qəsəbəsində şəhidlərimizin təhsil aldıqları məktəbin yaxınlığında şəhid Əli İntiqam oğlu Heydərov və şəhid Əli Ələsgər oğlu Əliyevin əziz xatirəsinə həsr edilmiş Bulaq abidə kompleksinin açılışını etdik. Tədbirdə şəhidlərimizin yaxınları, müharibə veteranları, qəsəbə sakinləri və şəhidlərimizin döyüşçü dostları iştirak etdilər.


Cabbar Cabbarov vurğuladı ki, bundan sonra da şəhidlərimizə həsr olunacaq abidələrdə «AVMVİB»-nin adı da həkk olunacaq. Elə bu abidənin də Birliyin təşəbbüsü ilə tikilməsi həkk olunub. Bundan sonra da Xatirə Bulaq kompleksləri, binalara şəhid baralyeflərinin vurulması və s. kimi şəhid adlarının əbədiləşdirilməsi üçün işlər görmək niyyətindəyik

.
Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: