İtaliyada dövlət quran türklər …

Romalılardan əvvəl İtaliyanın ilk sakinlərinin Etrüsklər olması həqiqəti bütün dünyada elm adamları tərəfindən qəbul edilmişdir. Arxeoloji tapıntılar, nə Roma, nə Yunan mədəniyyətinə aiddir …

Etrüsk dili çox fərqlidir, heç bir Avropa qəbiləsinə bənzəmir. Bütün tapıntılar, dil araşdırmaları, ictimai həyat, inancları, İtaliyanın ilk sakinləri olan Etrüsklərin türklər olduğunu sübut edir …

AVROPA NƏ DEYİR?

Avropalı alimlər İtaliyada məskunlaşan ilk insanların şübhəsiz ki, romalılar olmadığını qəbul edərək, yekdilliklə razılaşdılar: «Bu xalq qədim yunanlar deyil … Və bu insanlar heç bir başqa Avropa millətinə də bənzəmir … Dilləri, adətləri, həyatları ilə estetik anlayışları ilə çox fərqlidirlər …İtaliyanın ilk sakinləri haqqında, qərblilərin, qərb mənşəli ensiklopediyaların dediyi budur» …

Buradan bir sual yaranır:

AVROPA XALQLARINA BƏNZƏMƏYƏN BU XALQ, ORAYA NƏDƏN GƏLDİ?

Bu xalq kimə və hansı millətə bənzəyir?

Bu zaman, susurlar … Az-maz danışanı da, yalnız Anadoludan gəldiyini, ürkərək deyər …

Bütün qərb dünyasının elm adamları bu mövzuda səssiz qalırlar … Əslində bu səssizlik, məlumat, dəlil çatışmazlığına görə deyil … Çünki İtaliyanın ilk sakinlərinə aid bilgilər, ilk Türklərə (proto-Türklərin) aiddir!

Avropa alimlərinin ‘Etrüsk adlandırdığı millət, Tur-Sakalardı, yəni qədim Türklər olduğunu sənədlərlə sübut olunmuş bir vəziyyətdədir. Lakin bu sənədlər avropalı alimlərə həqiqəti söyləmək üçün kifayət etmir.

İtaliyada ortaya çıxan sənədlərə görə, 10-cu əsrdə, qədim Türk hökmranlığının gətirdiyi mədəniyyəti, Türklərə aid olduğunu «ifadə etmək» onlar üçün asan deyil … Bu baxımdan elmin, bu «Avropadakı səssizliyini» çox rahatca başa düşmək mümkündür…

ETRÜSKLƏR KİMDİR?

Kazan türkləri tərəfindən tərbiyə olunan böyük alim Sadri Maksudi Arsalın qızı Adile Ayda bu sahədə ən geniş araşdırma aparmış insanlardan biridir. 1974-cü ildə «Etrüsklər türk idimi?» adlı əsəri ilə ictimaiyyətə həqiqəti açıqlayan Aydanın, toplanmış olduğu məlumatlar əminliklə nəticələnir və 1992-ci ildə «Etrüsklər (Tursaklar) Türklərdir» adlı əsərini nəşr etdirir …

Bu əsər Qərb alimlərinin Etrüsklər haqqında məlumatları əsasında onların qədim türk varlığı ilə necə eyniyyət təşkil etdiyini göstərən sübutlarla doludur. Yunan əlifbasının əsası Aydaya görə qədim türk əlifbasına əsaslanır. Eyni şəkildə, qədim türklərin Roma təsisatları və təşkilatları ilə ictimai həyat arasında oxşar izlər var.

«Etrüskləri öyrənməyə və tarixdən əvvəlki dövrdə onların türklüklə əlaqələrini araşdırmağa başlasam da, qarşılaşdığım ən vacib qəbilə Pelasaqlar idi.» Ayda, Pelsaqların e.ə. 3000-ci ildə yunanlar hələ orada olmadığı vaxtlarda Mekadoniya və indiki Yunanıstan adlı bölgələri işğal etdiklərini və burada bir dövlət qurduqlarını söyləyirlər. Əslində Herodot da eyni fikirdədir …

Yunan tarixçilərinin və digərlərinin Pelesaq adlandırdıqları tayfalar sonradan Anadoluya keçərək orada eyni illərdə dövlət qururlar …

Pelesaqlar əslində Saka Türkləridir. Burada Sakaların bəziləri Dunay Vadisini keçərək Alp dağlarından İtaliyaya girdilər. Qərb alimləri şimaldan Sakları qəribə adlarla çağırırdılar. Onları «Villanovalı» adlandırırdılar. Əslində İtaliyanın Boloniya şəhərinin yaxınlığında Villonova adlı bir kənd var. Bu kənddə qazıntılar nəticəsində ilk dəfə 1853-cü ildə Sakların (Etrüsk) varlığı məlum olur. Bundan sonra Tyrrhen (Turhan) adlı bir tayfa, İranlıların Tur-Turan dedikləri, yenə bir türk qövmü Anadoludan İtaliyaya köçürlər və Saklarla birləşirlər, Tur-Saka adıyla yaşamağa başladılar. Etrüsk kitabələrində, Tursakların qısaldılmış «TRSK» adını oxumaq mümkündür.

TÜRSAKLAR (ETRÜSKLƏR) VƏ İTALİYA …

Türsaklar Aralıq dənizinin qərbinə tamamilə hakim idilər. Atlantik okeanında Tanca (Tengiz) limanını qurmuşdular. Bu səbəbdən yunanlar Aralıq dənizinin qərb hissəsini Turhan dənizi (Tirren dənizi) adlandırmaq məcburiyyətində idilər.

Tursaklar həm heyvandarlıq, həm əkinçiliklə, həm də mədənçiliklə məşğul olurdular. İtaliyanın yarı vəhşi insanlarının heyranedici baxışları arasındakı bataqlıqları qurudaraq hər cür əkinçiliyi inkişaf etdirdilər və Orta Asiyada etdikləri kimi İtaliyada dəmir mədənlərini də işlətdilər.

E.ə. 753-cü ildə bu, dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri oldu və Tursaka padşahlarından birinin nəvəsi ROMÜLÜS yeni bir şəhər qurmaq istədi. Topladığı macəra yoldaşlarıyla, Latın adlanan italyan qəbiləsinin yaşadığı bölgənin sərhəddinə yaxın bir yeri seçir. Tursaka hökmüdarından lazımi icazə aldıqdan sonra şəhəri qurur və onun adını ROMA qoyur… Romülüsdən Romanın adından olub olmadığı bilinmir.

NECƏ SÜQUT ETDİLƏR?

Roma, Etrüsk (Tursaka) padşahların təsiri ilə getdikcə inkişaf edirdi. Ancaq şəhəri quran Romülüs, zaman keçdikcə Romada Etrüskün təsirini getdikcə azalacaq bir ənənə qoyur. Bu ənənə: «Kim başqa bir şəhərdən qovulsa, Roma ona sığınacaq hüququ verirdi.»

Zamanla Latınlar şəhəri doldurdular. Hüquqlarını alan Roma vətəndaşları və Latinlar Senatda böyük bir gücə çevrildilər. Cənubda qurulan Yunan koloniyası (Siciliya) təsirli olmağa başladı. Zamanla Yunan-Latın ittifaqı, e.ə. 509-cu ildə sonuncu Tursaka Kiralı II.Tarhan (II.Tarquinius) Romadan qovuldu və bir daha Romaya qayıtmadı. Beləliklə, İtaliyada Tursakanın hakimiyyəti sona çatır və Latın dövrü başlayır.

ÖRNƏK SƏNƏDLƏR

Etrüskların qurd dastanı və türklərin qurd dastanının əsas motivləri eynidir.

Etrüsklar və türklərin Tanrıya inancları birdir. `Şaman` mədəniyyəti hər ikisində mövcuddur. Bütün müqəddəsliklər, həm Etrüskdə, həm də türklərdə eynidir. Məsələn, Doqquz, Etrusklar üçün də, Türklər üçün də uğurlu rəqəm sayılırdı. Bütün türk ənənələri Etrüsklərdə yaşadılırdı.

Qədim türklərdə qadınlar da çox əhəmiyyətli və müqəddəs hesab olunurdu. Etrüsklərdə də qadın eyni statusa malik idilər. Etrüsk məzarları Orta Asiyadakı Türk məzarlarının eynidir. Asiyada oxşar bir ox və ya metal güzgünün «əkizi» Etrüsklərin arxeoloji tapıntıları arasındadır. Bundan əlavə, Orta Asiyada heykəllərdə istifadə olunan naxışlar Etrüsklərdə də mövcuddur. Bütün dünyadakı elm adamları Etrüsk dilinin heç bir Avropa dilli kimi olmadığını söyləyirlər. Ancaq kimə bənzədikləri barədə isə susurlar. Ancaq Etrüsk dili, qədim türk ilə demək olar ki, eynidir.

Türk dilində olduğu kimi, Etrüskcədə də fel cümlənin sonunda gəlir. Fellərin, sifətlərin, subyektlərin istifadəsi tam olaraq türk dilindəki kimidir. Yəni etrüsk türk dilinin ən qədim formasıdır … Qədim Avropa tayfalarında bunların heç biri yoxdur. Etrüsklərdə nə varsa, əsasən qədim türklərdə də o var.

Bunları, Qərb elm adamlarının izah etməkdən qorxduğu bir çox oxşar dəlil qarşısında Adile Ayda, sözün həqiqi mənasında qışqıraraq ortaya qoydu.

Maraqlıdır ki, Etrüsklərin yaşadığı Şimali İtaliya xalqları bəzən «müstəqil» dövlət olmaq istədiklərini bildirirlər. Deyirlər, biz varlıyıq. Niyə cənubun sıxıntılarını öz üzərimizə götürməliyik?

(www.turkmeclisi.org)

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: