Ceyms Gilmor Rusiyanı bütün beynəlxalq təşkilatlardan qovmağa çağırdı

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) keçmiş səfiri Ceyms Gilmor Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanı bütün beynəlxalq təşkilatlardan kənarlaşdırmağa çağırıb. 


O, «Foreign Policy” jurnalında dərc olunan məqaləsində mövqeyini açıqlayıb.


Keçmiş daimi nümayəndənin fikrincə, Rusiya sivil dövlətlərdən kənarda qalmalıdır. TASS Gilmordan sitat gətirib: «Rusiyanı ATƏT başda olmaqla bütün beynəlxalq təşkilatlardan kənarlaşdırmaq üçün səy göstərilməlidir”.


Eyni zamanda, o hesab edir ki, əgər ATƏT Rusiyanı və onun «Belarus simasında peykini” kənarlaşdırmaqdan imtina edərsə, ABŞ ATƏT-i maliyyələşdirməyi dayandırmalı olacaq.


Bir gün əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyanın Ukraynadakı vəziyyəti sabitləşdirmək üçün müxtəlif addımlar ata biləcəyini istisna etməyib. Onlardan biri Ukrayna hökumətinin devrilməsidir, — Lenta.ru qeyd edib.


Xatırladaq ki, hələ ötən ilin noyabr-dekabr aylarında dünya mediası Rusiyanın Ukraynaya müdaxiləsi və bundan sonra tətbiq olunacaq sanksiyalar mövzusu ilə zəngin olub. Bu nəşrlərin müəllifləri və ekspertlərinin fikrincə, «işğal” əlaməti Rusiya hərbi texnikasının Ukrayna ilə həmsərhəd bölgələrdə cəmləşməsidir. Ehtimal edilən sanksiyalar arasında həm «Şimal axını 2” qaz kəmərinin bağlanması, həm də Rusiya enerji şirkətlərinə qarşı məhdudiyyətlər, həm də «sürətli” maliyyə hesablaşmalarının SWIFT sisteminin bağlanması var.


Eyni zamanda, «İnterfaks” qeyd edir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi konqresmen həmkarlarına yazdığı məktubda demokratların Ukraynaya hücum baş vercəyi halda Rusiya Federasiyasına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin təsdiqi üzərində işləyəcəyinə söz verib.Cim Benksin Rusiyaya qarşı hazıladığı və Konqresə təqdim etdiyi yeni sanksiyalar paketində bunlar nəzərdə tutulur:Şəxslərə qarşı.


Milyarderlər: Roman Abramoviç, Oleq Deripaska, Alişer Usmanov, Gennadi Timçenko;
VTB-nin rəhbəri Andrey Kostin, VEB.RF (Vneşekonombank)-in rəhbəri İgor Şuvalov, Gazpromun rəhbəri Aleksey Miller, Rosneftin rəhbəri İgor Seçin;
Baş nazir Mişustin, səhiyyə naziri Mixail Muraşko, MSK-nın sədri Ella Pamfilova, Putinin  mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Lavrov;
Moskvanın meri Sobyanin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov;
İstintaq Komitəsinin rəhbəri Bastrıkin, FSB-nin rəhbəri Bortnikov, Prezident Adminisyrasiyanın rəhbəri müavini Kirienko, Prezident Administrasiyasının rəhbəri Vayno, Rosqvardiyanın komandanı Zolotov, Baş prokuror Çayka;
RT-nin baş redaktoru Simonyan, jurnalist Solovyov, «Birinci kanalın» baş direktoru Ernst.
Şimal Axını-2 ilə bağlı bütün şəxslər və şirkətlər.
Sanskiyalar layihəsində Co Baydenin bu şəxslərə qarşı sanskiyaların tətbiqi ayrı bəndlə qeyd olunub: 
Vladimir Putin, Rusiyanın bütün nazirləri, milyarderlər Dmitri Rıbolovlev, Mixail Fridman, Petr Aven, Ruben Vardanyan, Mixail Qutseriyev, İsgəndər Mahmudov, Andrey Bokaryov.
Vladimir Putinin dünyada olan bütün «qara» pullarının bloklanması da nəzərdə tutulur. 
Rusiyanın SWIFT sistemindən ayrılması.
Şimal Axını 2-nin ümumiyyətlə ləğvi (hazırda Almaniya bloklayıb, amma layihənin ləğvi, kəmərin birdəfəlik məhvi deməkdir).
Rusiyanın dövlət borcu ilə bağlı hər hansı əməliyyatlarının dayandırılması.
Rusiyanı terrorun sponsonu kimi dövlət səviyyəsində tanınması.
Strateji təhlükəsizliklə bağlı bütün danışıqların dayandırılması. 


Sanskiyaların tətbiqi günündən 120 gündən sonra Bayden Konqresə Putinin bütün sərvəti haqqında hesabat təqdim etməlidir.

Mənbə: Qaynairnfo

Bu xəbəri paylaşın: