Hraparak: Azərbaycanın SOCAR şirkəti Ermənistan bazarına girməyə çalışır

Surenavandakı Ermənistan-Rusiya bitum zavodundan məlumat aldıq ki, Azərbaycanın neft şirkəti SOCAR gürcü vasitəçilərinin köməyi ilə müəssisənin alınması ilə bağlı danışıqlar aparır.


Bu barədə “Hraparak” qəzeti yazır.


“Bir il yarımdır ki, zavod praktiki olaraq fəaliyyət göstərmir, orada cəmi bir neçə işçi qalıb, müəssisənin telefon nömrələrinə cavab verilmir, ona görə də bu məsələ ilə bağlı rəsmi məlumat ala bilmədik.


Xatırladaq ki, Azərbaycanın neft şirkəti SOCAR illərdir Gürcüstanın ən böyük vergi ödəyicilərindən biri olub. O, Gürcüstanda dövlət neft şirkətinin yanacaqdoldurma məntəqələrini, onun anbarlarını, qaz kəmərlərini və digər infrastrukturu qorumaq adı ilə təxminən 5000 nəfərlik ordu saxlayır. Bu xidmətə əsasən ildə bir neçə dəfə təlim keçən, silah bacarıqlarını təkmilləşdirən Azərbaycan əsilli Gürcüstan vətəndaşları iştirak edir.


Surenavandakı bitum zavodu isə 2006-cı ildən fəaliyyət göstərirdi və inqilabdan il yarım sonra bağlanmışdı. O, əsasən asfalt örtüyünün istehsalı üçün istifadə olunan bitum istehsalı ilə məşğul olub. Müəssisənin səhmdarlarından biri Mixail Baqdasarov idi.


Əvvəl yazmışdıq ki, yol tikintisi ilə fəxr edən inqilabçı hakimiyyət bu erməni-rus zavodunun məhsullarından istifadə etmədi, İrandan xammal ixrac etdi və bu da müəssisənin bağlanmasına səbəb olur. İndi Rusiya şirkəti faktiki olaraq öz yerini azərbaycanlılara verəcək. Bu isə Türkiyə və Azərbaycanla münasibətlərin nizamlanmasının ilk cücərtiləridir”, — deyə Hparak yazıb.

Bu xəbəri paylaşın: