Tarix bir daha göstərir ki, hələ Səfəvilərin Aslan və Günəş astroloji motiv, rəmz və ya simvolikasından istifadə etməsinə qədər bu təsvir Hun, Qaraxanlı, Göktürk, Uyğur, Məmlük, Səlcuqlu Ağqoyunlu, Elxanilər, Teymurilər tərəfindən istifadə edilmişdir və Naxçıvan və İrəvan Xanlıqları Aslan və Günəş simvolunu Türk-İslam anlayışı kimi davam etdirmişlər.
Türk mifologiyasından, inancından, tarixindən bixəbər olanlar inadkarlıqla Aslan və Günəşi rədd edirlər. Hunlarda Aslan və Günəş rəmzi olanda, farsın qurduğu nə İmperatorluğu, nə dövləti nədə kiçik bəyliyi var idi! İran üzərində qurulduğu üçün hər nəsnəni farslığa aparıb çıxaranlarada təəsüf edirik. Tarixi xronoloji ardıcıllıqla araşdırdıqda gördük ki, Aslan və Günəş Türklərdə var olub və hər dövr davam edir! Tacik kökənli tarixçilər, milliyətçilərdə boşuna Aslan və Günəş simvoluna qarşı çıxmayıb , səbəb bu simvolun Türklüyə aidiyyatı olmasındadır. (Müasir İran bayraqda olan bu simvolu Türk simvolu olduğu üçün bayraqdan sildi -red.). Bu gün Aslan və Günəş simvolunu davam etdirən Qazaxistan, Qırğızıstan, Özbəkistandır. Qazax və Qırğız bayrağında Günəş simvolunu görmək mümkündür, Özbəkistan pulunda Aslan və Günəş vardır.

Hunlarda Aslan, Günəş və Ay:
«Hunlar, hökümdarları Mətənin oğlunu Tanrı oğlu, Yer və Göydən doğmuş, Günəşlə, Ay tərəfindən vəzifələndirilmiş olaraq görməktdə idilər»¹
«Hun Çaysu Günəş doğduğunda və Ay çıxdığında otağından çıxar salamlayardı». ²
«[Türk] İnanışına görə Günəş bir oğlan uşaqı, Ay isə Qız uşaqıdır» ³«Hun Dövləti zamanında həm Günəşə, həm Aya ayrı-ayrı sayqı göstəriləndən sonra, qurbanlar kəsildiyini də bilirik.
Türklər də Günəş şərqin, ay da qərbin simvolu idi». ⁴
«Hun dövrünə aid və kurqanlardan çıxarılaraq günümüzə qədər çatan ən çox əsərdə Aslan fiquru yer almaqdadır. Aslan Hunlarda bir motiv ya da simvol olaraq sənət əsərlərində işlədilməsinin bundan əlavə hökümdar isimlərində də işlədilmişdir» ⁵
Göktürk və Uyğur Xaqanlığında Günəş Simvolu:

«Özəlliklə, Göktürk və Uyğur dövürlərin də Qartal yırtıcı quşlar hökümdar ya da bəylərini timsalı, qoruyucu ruhun və adalətin simvolu idi. Günəşi və eyni zamanda güc və qüdrəti ifadə edirdi» ⁶
Qaraxanlılar da Aslan adları:
«Qaraxanlılar da Aslan X. yüzilliyin də qurulan və ilk Türk-İslam dövləti olan Qaraxanlılar da Aslan kəliməsi Qaraxanlı hökümdarları tərəfindən bir ünvan olaraq yüz illər boyunca işlədilmişdir». ⁷
Anadolu Səlcuqlularında Aslan və Günəş simvolikası:
«F.M.Köprülünün verdiyi məlumata görə, Anadolu Səlcuq sultanı Qiyasəddin Keyxosrovun (1236-1246) zərb etdirdiyi gümüş sikkələr üzərində aslan və günəş təsvirləri öz əksini tapmışdır.» ⁸
«Anadolu Səlcuq memarlıqında görünən Aslan heykəllərinin Xan, Saray, Qala kimi mülki memarlıq əsərlərində yer almaqdadır» ⁹
Böyük Səlcuqluda Aslan və Günəş:
«Böyük Səlcuqlu dövlətin də Aslan digər Türk dövlətlərin də olduğu kimi güc,qüvvət,cəsarət igidin anlamlarına gələcək şəkildə simvolik anlamları ilə işlədilməsi davam edildi. Səlcuqlularda da eynən Qaraxanlılarda olduğu kimi Aslan ünvanlı hökümdarlara olduqca sıx bir şəkildə qarşılaşmaq mümkündür». ¹⁰
«Özəlliklə Anadoludadakı əsərlərdə və Səlcuqlu sikkələrin də Günəş motivi və Aslan fiqurunun üzərində tam darəvi forumda yer alarkən, İranda ki, Səlcuqlu əsərlərində və Səfəvi sikkələrin də Aslanın üzərində yarım dairə şəklində doğar vəziyyətində təsvir edilmişdir».¹¹
«Heyvan mübarizə səhnələrin də Aslan göy unsuruna uyğun olaraq zəfər qazanan yerdədir və yaxşı,pis, aydınlıq, qaranlıq kimi qavram kimi cütlüklərindən müsbət olan tərəfə qarşılıq gəlməkdədir. Buna görə bir çox heyvan üçün keçərli olduğu kimi Aslan da savaş,zəfər,yaxşının pisə qalıb gəlməsi,qüvvət və qüdrət simvolikası olmuşdur».¹²
Elxanilərdə Aslan və Günəş:
«Elxani hökmdarı Məhəmməd Olcaytu və Əbu Səidin zərb etdirdiyi mis pullar üzərində də aslan və günəş təsvirləri vardır».¹³
«İslamiyyətin qəbulu ilə birlikdə Elxanlı sikkələrində, «Aslan ilə Günəş» kimi Yaxın şərq coğrafiyasında hakimiyyət əlaməti olaraq simvolik bir anlam daşıyan fiqurlardan sıxlıqla istifadə edilməyə başlanması da diqqətə dəyərdir. bu dönəmdə Əl-Mülkü Lillah «Mülk Allah’ndır» kimi İslam ifadələrində Elxanlı sikkələrində işlədilməyə başlandığı görülməkdədir. nəticədə sikkə, kitabə və rəsmi vəsiqələrdə işlədilən bütün ünvan,simvol və idafələrin İslamiyyətin qəbulundan sonra, Elxanlı hakimiyyəti anlayışı və hökmdar qavrayışında meydana gələn köklü dəyişimi əks etdirməyinə şübhə yoxdur».¹⁴
Ağqoyunluda Aslan və Günəş simvolu:
«Hətta Teymurilərdən sonra Ərzincanı idarə edən Ağqoyunlu Qara Osmanın qardaşı Əhmədin oğlu Qılınc Aslanın zərb etdirdiyi sikkələr üzərində də aslan və günəş təsviri vardır».¹⁵
Teymurilərdə Aslan və Günəş simvolu:
«Rui Qonsales de Klavixo Əmir Teymurun Keş şəhərindəki “Ağ saray”ım təsvir edərkən onun giriş qapısının üzərində günəşin fonunda aslan təsvirinin olduğunu qeyd edir. Onun fikrincə, aslan və günəş motivi Teymurun Səmərqənddə hakimiyyətdən uzaqlaşdırdığı şahzadənin gerbi olmuşdur».¹⁶
«1627-ci ildə Səmərqənddə inşa olunan dövrümüzə qədər gəlib çatan Sərdar mədrəsəsinin giriş qapısının portalında da Aslan və Günəş təsviri vardır».¹⁷
«F.M.Köprülünün fikrincə, görünür İranı fəth edən Əmir Teymur, Elxanilərin varisi olduğunu göstərmək üçün Aslan və Günəş motivini qəbul etmişdir».¹⁸
Sahib-Qıran Şah İsmayıl Bahadur Xanın Ay və Günəş rəmzlərini açıqlaması isə belədir:
«Xətayim der: – Rəhm etməzəm yalana,Özün təslim edər kəndi gələnə,Ay Əlidir(ə.s), gün Məhəmməd(s.a.v.s) bilənə, Bax, nəzər eylə də həmən arif оl».¹⁹
Məmlük (Türk) Dövlətində Aslan:
«Aslan ya da Bəbir növü heyvan fiqurundan mütəşəkkil armanın Sultan Baybarsın Moğol və Xaçlılar qarşısındakı cəsarətini və gücünü simvolizə etdiyi düşünülməkdədir. Sultan Baybarsa aid Aslan arması bu işləmənin ən erkən tarixli arma örnəyi olub, Qüds qapılarından biri olan Sitti Məryəm qapısının digər adıyla Aslanlı qapının üzərində yer almaqdadır».²⁰ Türklərdə Günəş və Ay bir inanc olmuşdur:
«Türk xalqlarının mənəvi aləmində dini xəyallarında Günəş və Ay kültlərinin ayrıca yeri vardır. Kült sayılan Günəş və Ay kültləri bir çox sənət örnəyin də ümumi olaraq görülməkdədir: dini inanclarda yayğın mövzülardan bir tötemler olmuşdur».²¹
Əfşar, Qacar və Baburi dövlətlərində Aslan və Günəş simvolu:
«Orta Asiyada qurulan Hun Gök Türk-Uyğur dövlətləri, siyasi və mədəni olaraq bir-birinin davamı olduğu kimi,eyni şəkildə İran coğrafiyasında da qurulan Səfəvi-Afşar.
və Qacar dövlətləri həm mədəni, həm də siyasi quruluş baxımından Türk mədəniyyətinin davamlı ərz edən bir hissəsini və ya dövrəsini meydana gətirdilər. Nadir Şah, 1736-cı il tarixində Muğan ovasında toplanan qurultayda taxta çıxarkən,1796 Martında Muğan ovalarında qışlaqlarını Quran Qacar Ağa Məhəmməd Xanda burada tac geyinib Ərdəbildə ki, Səfəvi qılıncını silahlanaraq Xorasana getdi.Qacarlar Səfəvilərin varis sülaləsi olduqları üçün onların dövlət və hərbi təşkilatları davamlı idi. Bu səbəbdən onların bayraqları da oxşarlıq göstərməkdədir Əlbəttə ki, Fəth Əli Şah(1797-1834) dövründə rəsmiləşdirilən Qacar bayrağına Səfəvilərin də işlətdiyi Günəş,Aslan mötifi yanında daha sonraları 19-cu əsrin ikinci yarısında Nəsirəddin şah (1848-1896) dövründə bir qılınc əlavə edildi. zatən əlavə edilmiş fotoşəkildə Göründüyü kimi, əlində qılınc tutan Aslan Səfəvilərin şiəlik siyasətini qüvvətlə izləyən Qacarlar, Səfəvi dövrü ənənələrini hər nəsnədə olduğu kimi bayraqlarda da təkrar canlandırmaq istəyirdilər».²²
«1617 ilində Hindistanda ki, Babur Dövləti Hökümdarı Cahangirin huzuruna çıxan İngilis səyyah və keşiş (1590-1660), səyahətnaməsində Baburlilərin işlətdikləri bayrağı və səltənət möhürünü göstərməkdədir. bu bayrağda arxa planda böyük bir Günəş,onun önündə diz çökmüş ve sağ tərəfə baxmaqda olan bir Aslan Mötifi görülməkdədir. bir-birləriylə Qəndəhar ilə əlaqədar olaraq hakimiyyət mübarizəsi icra etməklə birlikdə Səfəvi və Babur Dövlətləri ümumiyyətlə yaxşı yaşamışlardır. onsuzda Babur Dövləti quruluş mərhələsində Səfəvi şahlarından dəstək görmüşdür. Səfəvi hökümdarı Şah Abbas, Əkbər Şaha «Şah Babam» deyərkən Babur Hökümdarı Cahangir də Şah Abbas üçün «qardaşım» deyirdi. Buna görə bayraqlarında bənzər yönlər ehtiva etməsi tamamilə normaldır».²³
«İran milli təxəyyülü üzərində hakimiyyət rəmzi olduğundan, onlara [Aslan və Günəş] aid edilən bir çox tarixi mənalar, həmçinin iranlılıq rəmzi yarışı üçün geniş zəmin yaratmışdır. Son 70 ildə iki gəz bu rəmzin ümumiyyətlə mövcudluğuna son qoymaq üçün «təmizləyici» disputlar irəli sürülmüşdür. İlk raund İran millətçiləri tərəfindən 20-ci yüzilin əvvəlində başladılır. 1929-cu ildə Londondakı İran səfirliyinin sorğusuna əsasən hazırlanan məruzədə Möctəba Minuvi simvolun mənşəsinin türk olduğunu təkid edirdi. O, hökumətə onu başqa milli simvol ilə əvəz etməyi öyüd görürdü:»Aslan və Günəşin [İranın] İslamdan əvvəl tarixə aidiyyatı olmadığından onları milli tarixi əfsanəyə əlaqələndirmək olmaz, iranlıların onu hazırlayıb qurmaqları haqqında heç bir sübut yoxdur… Biz həm də türk millətinin bu qalıqından qurtula bilərik, məsələn, bizim mifik əzəmətimizi ən yaxşı təmsil edən «daravş-i Kaviani»-ni [«hökmdarlar bayrağı» və ya «Kave bayrağı»] qəbul edərək». Onun təklifi saymadılar».²⁴
Mənbə: Azerbaijan-Turcomania (Fb)
Qaynaqlar:
¹ Prof.Dr.Fuzuli Bayat, «Mitolojiye Giriş» s.126
² Doç.Dr. Kürşat Yıldırım, «Hun Tarihi» s.38
³ Bahattin Uslu, «Türk Mitolojisi» s.335
⁴ Bahattin Uslu, «Türk Mitolojisi» s.64
⁵ «Uluslararası Türk Dünyası Araştırmaları Dergisi»II,s,20
⁶ Yağmur Arısoy, «Selçuklu Dönemi Seramiklerinde Simgeler ve Semboller» s.28
⁷ «Uluslararası Türk Dünyası Araştırmaları Dergisi» II,s.22
⁸ Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, с.2 . MEB, İstanbul, 1978
⁹ Gönül Öney, «Anadolu Selçuk Mimarisinde Arslan Figürü» s.1
¹⁰ «Uluslararası Türk Dünyası Araştırmaları Dergisi» ll,s.23.
¹¹ Şen, Emre ve Fatma Gürpınar. «Farklı Kültürlerde Güneş Sembolü» s. 995
¹² Yağmur Arısoy, «Selçuklu Dönemi Seramiklerinde Simgeler ve Semboller» s.34
¹³ Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, с.2 . MEB, İstanbul, 1978
¹⁴ Osman G. Özgüdenli, «İlhanlılar’da Hükümranlık Telȃkkisi ve Hükümdar Algısı» s.86
¹⁵ Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, с.2 . MEB, İstanbul, 1978
¹⁶ Клавихо P.F. Дневник путишествия в Самарканд ко двору Тимуру (1403-1406). Перевод, предисловие и комментарий И.С.Мироновой. М., 1990.
¹⁷ Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p. 12-27
¹⁸ Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, с.2 . MEB, İstanbul, 1978
¹⁹ «Şah İsmayıl Xətai Əsərləri» s.352
²⁰ Hayrunnisa Turan, «Kudus’teki Memlük Türk Devleti Armaları (Renkler)» s.893
²¹ Şen,Emre ve Fatma Gürpınar, «Farklı Kültürlerde Güneş Sembolü» s.986
²² Cihat Aydoğmuşoğlu, «Safevi, Kaçar Ve Babür Bayrakları Üzerine Bir Değerlendirme» s.56
²³ Cihat Aydoğmuşoğlu Safevi, «Kaçar Ve Babür Bayrakları Üzerine Bir Değerlendirme» s.57
²⁴ Afsaneh Najmabadi, «Women with Mustaches and Men Without Beards: Gender and Sexual Anxieties of Iranian Modernity». s 86-87








