Muharibənin ən ağır vaxtları idi.
Bir əsgər dostunun qan içində yerə yıxıldığını görür. Əsgər tez komandirin yanına gəlir və deyir:
— Komandir, icazə verin gedim dostumu gətirim.
— Dəli olmusan? Getməyə dəyməz. Dostun dəlik- deşik olub, bəlkə də ölüb. Öz həyatını təhlükəyə atma!
Əsgər israr edir, sonra komandir əsəbləşərək deyir:
— Yaxşı, get! Necə olursa, əsgər yaralanmış dostunu yıxıldığı yerdən gətirməyi bacarır. Birlikdə qayıtsalar da dostu şəhid olur.
Komandir əsgərə deyir:
— Sənə dəyməz demişdim. Dostun öldü sənsə boş yerə həyatını təhlükəyə atdın, bunadəyərdimi?
— Dəyərdi, komandir, dəyərdi. Mən onu gətirəndə hələ ölməmişdi. Onun son sözləri bu dünyaya dəyərdi.
«Son sözü nə oldu?»- deyə komandir soruşur.
Əsgər hıçqıraraq dostunun son sözlərini təkrarladı:
— Murad, gələcəyini bilirdim…
Leyla Həsənova
