Qırğız-tacik savaşında atəşkəs əldə edilib

Qırğızıstan Tacikistanla sərhəddəki münaqişə zonasından 11 mindən çox insanı təxliyə edib.

Bu barədə Publika.az Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Batken rayonundan 11 052 vətəndaş təxliyə edilib. Onlardan 10 410 nəfər təhlükəsiz ərazilərə, 642 nəfər isə müvəqqəti məskunlaşma məntəqələrinə köçürülüb.

Gecə saatlarında Qırğızıstanın Sərhəd Xidməti Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışmanın başladığını açıqlayıb. Məlumata görə, Tacikistan tərəfi qumbaraatanlardan və minaatanlardan istifadə edib. Münaqişəyə səbəb Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən avtomobil yolunun tacik hərbçiləri tərəfindən bağlanması olub. Toqquşmalar bir neçə saat davam edib. Gecə saatlarında iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra atəşkəs əldə olunub.

Qırğızıstan və Tacikistan sərhədi vaxtaşırı yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında mübahisəli ərazilərdir.

Qırğızıstanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Qırğızıstan və Tacikistan arasında əldə olunan atəşkəs haqqında razılaşma əldə olunub.

Bu barədə Türkiyə XİN açıqlama ilə çıxış edib. Açıqlamada deyilir:

“Biz iki qardaş və dost ölkə arasındakı sərhəddə gərginliyin danışıqlar və sülh yolu ilə həllinin tərəfdarı olduğumuzu bir daha təsdiqləyirik», — açıqlamada qeyd olunub.

Bu xəbəri paylaşın: