
ELBARİZ MƏMMƏDLİ
Şair, jurnalist
Rusiya özünü elə biabırçı vəziyyətə salıb ki, onun bu labirintdən uğurla çıxacağı şübhə doğurur. Çünki əvvəlcədən seçilmiş bütün yollar qüsurlu və yanlış idi.
Hadisələrin axarı göstərdi ki, rus siyasətinin ağlı jirinovskilərin, eləcə də onların postsoet məkanındakı şəbəkələrinin, qısası, Azərbaycandakı 5- ci kolonun ağlı qədərmiş. Yanlış bilirsiniz nədədir? Qanlı sovet quruluşu süquta uğrayanda Kreml özünün də faciəsinə səbəb olacaq səhvi buraxdı. Yəni, mərkəzləşdirilmiş iqtisadi sistemi müstəqil şəkildə davam etdirib, dövlətlərin güclənməsinə, tərəfdaş kimi yanında olmasına meydan vermək əvəzinə, hegemonluq iddiasına düşdü.
Sovet cəhənnəminin həqiqi varisi adı altında qonşu ölkələrin həyatına nüfuz etmək yolunu tutdu. Nəticədə əvvəlki mərkəzləşdirilmiş iqtisadi sistem dağıldı və əksər ölkələr xarici güclər üçün ucuz xammal ölkəsinə çevrildi ki, bunun da başında ilk yeri elə Rusiyanın özü tutur.
İndi 30-32 ildən sonra şimal qonşumuzunbu qədər aqressivləşməsi nəyin əlamətidir? Bu ikl növbədə Rusiyanın öz problemlərindən doğan məsələdir. Ölkə silah arsenalından və yeraltı resurslardan başqa heç nə ilə dünya bazarına çıxa bilmir. Ölkənin kriminallaşması və bunun idarəçiliyə təsiri sürətlə artır. Dövlətlə xalq arasında bağların qopması ciddiləşir, ölkənin ucqarlarından mərkəzə doğru axın qarşısı alınmaz problemə çevrilir, ən nəhayət Kremlin siyasi ruhu ədalətsiz işğal və müharibələrə yönəlir və. s Hazırda bütün hərbi arsenalın Ukrayna sərhədlərinə toplanması hansı səsbəbdən olursa olsun, intihara bərabərdi.
El arasında ifadə olunduğu kimi, girsə də vay, girməsə də. Əgər Ukraynaya hücum olsa, bunun nə ilə nəticələnəcəyini ruslar yaxşı bilirlər. Hücumun olmayacağı təqdirdə, Kremlin hədə qorxularını Şimali Koreyanın sərsəm hərəkətləri ilə eyniləşdirməkdən başqa yol qalmayacaq. Amma səbəb bu da deyil. Son hadisələr Rusiyanın iqtisadi sisteminə milyardlarla zərbə vurub. Hətta Qərbə ixrac olunan neft və qazın gələcək taleyini sual altına salıb. Daha əhatəli beynəlxalq enerji layihələrinin birgə reallaşdırılmasına etibarı azaldıb. Ölkənin siyasi elitasında buna daha məsuliyyətli və anlaqlı yanaşanlar isə, hələlik ortada yoxdu.
İkincisi, Rusiya Uzaq Şərq Hərbi Dairəsindən Moskvaya qədər özünün etibarlı saydığı hərbi birləşmələrini Ukrayna ətrafına yığmaqla, nə NATO-nu dayandırmaq, nə də savaşlarda partizanlıq ənənəsi olan ukraynalıları məğlub etmək gücündə deyil. Əvəzində unudur ki, Trümenin atom bombasından yaralı olan Yaponiyanın 250 minlik Kvantun ordusunu məğlub etməsi yaponların xatirindən çıxmayıb. Həmin dövrlərdə onlara yaşıl işıq yandıran Çinin 1969-cu ilin martında Damansk adasındakı toqquşmada aldığı yara hələ yaddaşlarda qalır. Hərçənd ki, hazırda həmin ərazilərdə və ətraflarda bütün istehsalat işlərini çinlilər öz əllərinə alıblar. Toqquşmaya cəlb edilmiş hərbi hissələrin demək olar ki, hamısı ləğv edilib. Deməli, Kremlin siyasəti nə keçmiş hegemonluğun bərpasına, nə də ölkənin təhlükəsiz inkişafına hesablanmayıb.
Sadəcə onlar regionun kəndxudası rolunda çıxış etməklə, həm özlərini, həm də ətraf ölkələri cəhənnəmə sürükləmək yolunu tutublar. Sülhməramlı adı ilə gəldikləri Qarabağda da hərəkətləri bundan xəbər verir. Yaxşı ki, bizim yanımızda Türkiyə və Pakistan kimi qardaşımız, İsrail, Gürcüstan, Ukrayna ( bəzi dövlətlərin adını bilərəkdən yazmıram) kimi dostlarımız var. Yoxsa, kim bilir burda nələr olacaqdı.
Hərçənd ki, ölkəmizdəki Rusiya meylli qüvvələr bu həqiqəti, eləcə də xalq-dövlət birliyini, ordumuzun qələbələrini və ölkə başçısının qətiyyətli çıxışlarını şimal dövlətinin güzəşti kimi dəyərləndirirlər. Dövlətə və xalqa qarşı bu qədər dəyərsiz münasibət cavabını almalıdır. Onsuz da Rusiyanın yenidən dirçəlib güc mərkəzinə çevrilməsi bir daha baş verməyəcək. Onlar öz mövcudluğunu qorumaqdan ötrü ən amansız hərəkətlərə əl atacaqlar. Amma bu da davamlı və uzun dövrü əhatə etməyəcək.
Biz öz dövlətimizə və dövlətçiliyimizə sahib durmalıyıq ki, növbəti erməni və ya başqa xain kart ortaya atılmasın. Qarabağ əbədi və əzəli Azərbaycandır. Burda başqa variant ola bilməz.