“AZERBAIJAN KIDS BEST MODEL 2022” yarışması keçirilib

29 YANVAR tarixində “CASPIAN BUSINESS” otelində “ Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “AZERBAIJAN KIDS BEST MODEL 2022” yarışması keçirilib.


Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib. AZERBAIJAN KIDS BEST MODEL 2022 adlı uşaq moda yarışmasında 97 modeldən 46 nəfəri qız, 51 nəfəriisə oğlandır. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak edib.


AVMVİB sədrinin müavini Salman Musayevin nəvəsi Fatimə Məmmədova 2018, 2019, 2020-ci illərdə olduğu kimi bu ildə keçirilən yarışmada birinci olub.


Bu münasibətlə balaca Fatiməni, yaxınlarını və babası Salman Musayevi AVMVİB adından təbrik edirik.

Elnur Səlim

Bu xəbəri paylaşın: