Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları bu gün Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankaranın Əsra qəbirstanlığındakı məzarını ziyarət edib.
Bu barədə məlumatı səfir Rəşad Məmmədov öz «Tvitter” hesabında paylaşıb.
Bu gün Azərbaycançılıq ideologiyasının banisi, Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci il dönümü günüdür. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Azərbaycan rus-sovet ordusu tərəfindən işğal ediləndən sonra mühacirət etməyə məcbur olan Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib. Onun və onunla bərabər xalq cümhuriyyətini quran görgəmli mütəfəkkirlərin heç birinin məzarı Azərbaycanda deyil.
