ABŞ beş ildir ki, Rusiyadan əmlakını qaytarmağı tələb edir

Sən demə ABŞ hərbçiləri silahlarını Əfqanıstanda atıb qaçdıqları kimi Gürcüstana Rusiya hücum edən zaman da öz hərbi avadanlığını Potidə atıb qaçıbmış. Artıq 5 ildir ki, əmlakını Rusiyadan almaq üçün «yalvarır». Rus işğal gücləri isə bu əmlakı hərbi qənimət sayır və qaytarmaq barədə düşünmür.


Amerika Birləşmiş Ştatları artıq beş ildir ki, Rusiyadan əmlakını qaytarmağı tələb edir. Rusiya bunu özünün 2008-ci ildə Cənubi Osetiyada ələ keçirdikləri qənimətləri hesab edir. Məqalədə onların necə əldə edildiyi, Amerikanın niyə belə mövqe tutduğundan söz açılır.


Cənubi Osetiyanın işğalından sonra Rusiyanın ABŞ-ın maraqlandığı və geri qaytarılmasını tələb etdiyi çoxlu sayda qənimətlər olduğu ortaya çıxdı. Amerikalıların fikrincə, onlar Rusiyaya deyil, onlara məxsusdur.

Cənubi Osetiyada müharibə başa çatdıqdan sonra Rusiya silahlı qüvvələri Poti limanına nəzarəti ələ keçirdilər. Məhz orada ABŞ-ın əmlakı yerləşirdi. Rusiya tərəfi həmin əmlakı qənimət kimi götürdüyünü inkar etmir, amma onlardan heç yerdə istifadə olunmur. Əsas məqsəd tanışlıqdır.


Beləliklə, Cənubi Osetiyadakı müharibə nəticəsində əldə edilən ABŞ-a məxsus qənimətlərin siyahısını dərc edirik:

— Beş Hummer hərbi cipi və bir Land Rover hərbi cipi (qeyd edək ki, ABŞ öz tələblərində daha çox sayda avtomobili olduğunu qeyd edir);
— Müəyyən miqdarda atıcı silah (Gürcüstana Amerika tərəfindən verilmişdi);
— Hərbi ciplərdəki döyüş sursatları;
— Amerikalı hərbi konstruktorların son nailiyyətləri, naviqasiya sistemi, hərbi rabitə.


Ən təəccüblüsü odur ki, Amerika Rusiyadan Gürcüstandan ABŞ-a getməli olan humanitar yardımı da geri qaytarmağı tələb edir. Söhbət hərbi texnika və silahlardan getmir.

Məsələ bundan ibarətdir ki, Rusiya ABŞ-a heç nə verməyib və gələcəkdə də bunu etməyi planlaşdırmır.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: