Ordusuz Avropa dövlətləri…

İslandiya. Bu ada dövlətinin ordusu, donanması, hərbi hava qüvvələri yoxdur. Yalnız ölkələrini qoruyan və hətta bəzən dünyanın qaynar nöqtələrinə sülhməramlılar göndərən hərbiləşdirilmiş sahil mühafizəsi var.


Malta. 1964-cü ilə qədər bu ada ölkəsi İngiltərənin mülkü hesab edilirdi. İngilislər hərbi bazalarını oradan çıxardıqdan sonra (1974) Malta silahsızlaşdırılmış dövlətə çevrildi.


Vatikan. Ən kiçik dövlət sayılan Vatikanın silahlı qüvvəsi var — 150 nəfərlik gülməli geyimli İsveçrə mühafizəçiləri. Amma təbii ki, hər hansı hərbi əməliyyatdan söhbət gedə bilməz.


Lixtenşteyn. Bu ölkə hələ 1868-ci ildə ağlabatan iqtisadiyyat bəhanəsi ilə ordunu buraxdı və o vaxtdan bəri heç zaman hərbi əməliyyatlarda iştirak etməyib.

Bu xəbəri paylaşın: